Viktor Orban: Macarıstan hökuməti Avropa İttifaqının yeni Miqrasiya Paktını dəstəkləməyəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Viktor Orban: Macarıstan hökuməti Avropa İttifaqının yeni Miqrasiya Paktını dəstəkləməyəcək

Viktor Orban: Macarıstan hökuməti Avropa İttifaqının yeni Miqrasiya Paktını dəstəkləməyəcək

Bakı, 11 aprel, AZƏRTAC

Macarıstan hökuməti Avropa İttifaqı Şurasının miqrasiya sahəsində siyasətinə qarşı çıxır və Avropa İttifaqının yeni Miqrasiya Paktını dəstəkləməyəcək.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Avropa Parlamentinin miqrasiya və sığınacaq verilməsi məsələləri üzrə bir sıra qaydalar qəbul etməsini şərh edərkən bildirib.

Orban “X” hesabında yazıb ki, Miqrasiya Paktı Avropa İttifaqının tabutuna vurulan daha bir mismardır: “Artıq birlik, təhlükəsiz sərhədlər yoxdur. Macarıstan heç vaxt kütləvi miqrasiya dəliliyinə boyun əyməyəcək! Miqrasiyanı dayandırmaq üçün Brüsseldə dəyişiklik lazımdır”.

Çərşənbə günü Avropa Parlamenti Miqrasiya Paktını bəyənib. Bu sənəd 2015-ci ildən bəri hazırlanırdı. Sənəddə sığınacaq hüququ olmayan miqrantlar üçün Aİ sərhədlərində filtrasiya düşərgələrinin yaradılması nəzərdə tutulur ki, bu da onların sonradan öz ölkələrinə deportasiyasını asanlaşdıracaq. Eyni zamanda, miqrantların Aİ ölkələrində kvota ilə yerləşdirilməsi tətbiq edilir ki, bundan da onların saxlanması üçün xüsusi fonda müəyyən rüsum ödənilməklə imtina oluna bilər. Avropa Parlamentinin qəbul etdiyi sənədlər paketi Aİ ölkələri liderlərinin görüşündə səs çoxluğu ilə təsdiqlənməlidir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top