Viktor Orban: Azərbaycan Aİ üçün strateji əhəmiyyətli ölkədir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Viktor Orban: Azərbaycan Aİ üçün strateji əhəmiyyətli ölkədir

Budapeşt, 8 sentyabr, AZƏRTAC

İtaliyada keçirilən Çernobbio Beynəlxalq Forumunda jurnalistlərin suallarını cavablandıran Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanı Avropa İttifaqı üçün strateji əhəmiyyətli ölkə adlandırıb.

AZƏRTAC xəbər verir ki, Macarıstan hökumətinin başçısı deyib: “Azərbaycan Avropa ilə sıx əməkdaşlıq edir. Hazırda Azərbaycan strateji əhəmiyyətə malik ölkəyə çevrilib. Ona görə də Avropa Şurasının sədri kimi, biz Azərbaycanla strateji əməkdaşlığın inkişafını dəstəkləyirik”.

 

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top