MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

VİDEO: Maşını öz adına keçirmək istədi, bankda problemlə üzləşdi

Amil Qəhrəmanov adlı vətəndaş banka olan borcunu qaytararaq avtomobili öz adına sənədləşdirmək istəsə də problemlə […]

Amil Qəhrəmanov adlı vətəndaş banka olan borcunu qaytararaq avtomobili öz adına sənədləşdirmək istəsə də problemlə üzləşib.

Məsələ bankda girovda olan daşınar əmlakın xüsusilə avtomobillərin şəxsin adına rəsmiləşdirilməsi prosedurunu və bunun üçün ödənişləri aktuallaşdırır.

Ekspertlər deyir ki, məsələ ilə bağlı prosedur ipoteka haqqında qanunda açıq aşkar qeyd edilib. İlk mərəhələdə vətəndaş tərəfindən borc ödənilib qurtarıbsa, müvafiq dövlət qurumuna məlumat vermək bankın üzərinə düşür.

Bildirişlər həm elektron qaydada, həm də poçt vasitəsilə kağız daşıyıcıda göndərilə bilər. Belə olan halda da, xərclər bank tərəfindən ödənilməlidir.

Bəzən banklar müəyyən olunmuş qrafikdə polis idarəsinə bildiriş göndərmirlər, ya da gecikdirirlər. Belə olanda vətəndaşın qanuni davranış qaydaları da müəyyən edilib.

Bəzi banklar vətəndaşların məlumatsızlığından istifadə edib, bildirişi daha sürətli göndərmək üçün ödəniş tələb edirlər.

Banklar girov müqaviləsinə belə şərt də sala bilərlər. Amma bunun özü belə qanuna uyğun deyil.

Əgər vətəndaş bildirişin surətini istəyərsə, bank tərəfindən müəyyən xidmət haqqı və əməliyyat xərci qoyula bilər. Yəni bu bankların tarif şurası tərəfindən əsaslandırılaraq müəyyən edilə bilər.

“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

VİDEO QALEREYA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top