MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sosial evlər layihəsi gündəmdədir

Banklar zaminlərə hüquqlarını izah etmirlər

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövlət xətti ilə cəmi 800 min manat ipoteka krediti verilib. Mərkəzi Bankın məlumatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 23 dəfə azdır.

Bu ilin 2 ayında ipoteka fondu 12,7 milyon manat məbləğində ipoteka kreditini yenidən maliyyələşdirib. Bununla belə, qurumun  səhmdar cəmiyyətə çevrilməsi ilə əlaqədar 2 ay ərzində dövlət büdcəsindən ipoteka kreditləşməsinə vəsait ayrılmayıb.

Mütəxəssislər isə əhalinin mənzil probleminin həlli üçün sosial evlər layiəsinin tezliklə realaşmasını vacib sayırlar.

Ölkə başçısının 2016-cı ilin yekunların dair keçirdiyi müşavirədə sosial ev layihəsinə dair tapşırıqları məsələyə diqqəti artırıb. Mütəxəssislər hesab edirlər ki, ilkin olaraq dövlətin dəstəyi mütləqdir.

Ancaq sonrakı mərhələlərdə bura bələdiyyələri və nəhayət əgər özünü doğruldarsa, bu halda özəl sektoru da cəlb etmək olar. İndiki halda isə nə bələdiyyələrin maliyyə imkanları, nə də özəl sektorun məsələyə ehtiyatlı yanaşması səmərə verə bilməz.

Buna qədər bir neçə dəfə bu cür təşəbbüslə çıxış edən millət vəkili Əli Məsimli sosial evlər layihəsinin reallaşması üçün həm ipotekada ilkin ödənişin yumşaldılmasını, həm Azərbaycan reallığını əks etdirən xüsusi konsepsiyanın hazırlanmasını və bu konsepsiyadan irəli gələn məsələlərin hüquqi təminatı möhkəmləndirilməsinə zərurət olduğunu deyir.

Onun fikrincə, layihənin maliyyə təminatını ötən il ipoteka üçün ayrılan əlavə 200 milyon vəsaiti cəlb etməklə reallaşdırmaq mümkündür.

Əli Məsimli onu da bildirdi ki, indiyə qədər ipoteka yolu ilə 18 min vətəndaşın mənzil əldə etdiyini nəzərə alsaq o zaman yaxın bir neçə ildə sosial evlər layihəsi vasitəsi ilə bu rəqəmdən bir neçə dəfə çox insan yaşayış yeri ilə təmin oluna bilər.

VİDEO QALEREYA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top