MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

texniki servis avto

VİDEO: Avtomobillərə texniki xidmət göstərən sexlərə nəzarət güclənir

Avtomobillərə texniki xidmət sahəsi və təmir sexlərinə nəzarət güclənir.

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında Nümunəvi əsasnamə”də dəyişiklik edib.

Dəyişikliklər təmir stansiya və sahələrinin təşkili qaydalarını, təyinatı,vəzifəsi və məsuliyyətini müəyyən edir. Yeniliklərdən biri bütün avtomobil ustalarının xüsusi hazırlıq keçmələri ilə bağlıdır.

Təmir sexləri və avtomobil sahibləri arasındakı münasibətləri tənzimləmək üçün Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsi tərəfindən müəyyən standartlar tətbiq ediləcək.

Yenilik eyni zamanda avtomobillərə standartlara uyğun xidmət göstərməyənlərə qarşı sərt tədbirlər deməkdir.

İşin təşkili və standartlara uyğunluğunu müəyyən etmək üçün monitorinqlər həyata keçiriləcək.

“Xəzər Xəbər” mövzu ilə bağlı videomaterialı təqdim edir:

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top