![](http://economic.az/uploads/2024/04/fb-1024x538.jpg)
Vidadi Cəfərov: Hakim korpusunun 615 nəfərdən ibarət olması dünya standartlarından 3 dəfə azdır
Bakı, 9 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” Fərmanına uyğun olaraq hakimlərin ştatı 200-ə yaxın artırılıb. Hazırda hakim korpusu 615 nəfərdən ibarətdir. Bu nəticə dünya standartlarından 3 dəfə azdır.
Bu sözləri Hakimlərin Seçki Komitəsinin sədri Vidadi Cəfərov jurnalistlərə müsahibəsində deyib.
Həmin Fərmana əsasən məhkəmələrdə iş yükünün azaldılması, məhkəmə işlərinin səmərəli, obyektiv olması və hakimlərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlərin keçirildiyini deyən V.Cəfərov əlavə edib: “Bu seçki prosesində 1800-ə yaxın namizəd öz gücünü yoxlayıb. Onlardan 182 nəfəri bütün prosesi müvəffəqiyyətlə başa çatdırıb”.
BƏNZƏR MƏQALƏLƏR
-
İqlimşünas: Rusiya ərazisi qlobal istiləşməyə iki dəfə daha çox məruz qalır
Bakı, 18 iyul, AZƏRTAC Rusiyanın aparıcı iqlimşünas aliminin fikrincə, iqlim dəyişikliyi Rusiyaya əhəmiyyətli dərəcədə təsir […]
-
Çində leysan səbəbindən 200-dən çox qatar səfəri ləğv edilib
Pekin, 18 iyul, AZƏRTAC Çinin Hınan əyalətində şiddətli yağışların yaratdığı sel, daşqın, torpaq sürüşməsi və […]
-
Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb
Pekin, 18 iyul, AZƏRTAC Çinin Siçuan əyalətinin Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verən […]