
Vətəndaşlara göndərilən yanlış məlumatlara münasibət bildirildi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus testi ilə bağlı vətəndaşlara göndərilən yanlış məlumatlara münasibət bildirib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən məlumatda texniki xəta nəticəsində yaranan yanlışlığa münasibət bildirib.
“İyulun 25-də və 26-da its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub. Həmin tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar.
İyulun 27-dən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək.
Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik.
Yanlış mesaj göndərilən şəxslərə Agentlik tərəfindən üzrxahlıq mesajı göndərilir”. AzərTac
BƏNZƏR MƏQALƏLƏR
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət […]
Bu prospekt də hərəkət qismən məhdudlaşdırılacaq
Economic.az xəbər verir ki, yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə […]
Pirallahı rayonunda ümumi uzunluğu 4 km olan daha 2 küçə təmir edildi
Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə […]