Vergiödəyiciləri mal və məhsulları alarkən bunları tərtib etməlidir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Vergiödəyiciləri mal və məhsulları alarkən bunları tərtib etməlidir

Malların, məhsulların, o cümlədən kənd təsərrüfatı məhsullarının tədarükü və sonradan emal olunaraq satılması, əlvan metal tullantılarının tədarük olunaraq emal edilməsi kimi fəaliyyətlərin rəsmiləşdirilməsi ilə bağlı məsələlər bəzən vergiödəyicilərində bir sıra suallar yaradır.

Mövzunu şərh edən sərbəst auditor Altay Cəfərov bununla bağlı Vergi Məcəlləsinin 71-2.1. maddəsinə və bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəalarına əsaslanmağı zəruri hesab edir.

Onun sözlərinə görə, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir: “Adətən belə vergiödəyiciləri tədarük üçün birbaşa əhali ilə təmasda olur və həmin malları, məhsulları əhalidən tədarük edirlər. Vergi Məcəlləsinin 71-2-ci maddəsi birbaşa bununla bağlıdır. Bu maddə malların alış aktı ilə əlaqədardır və malları, məhsulları əhalidən tədarük edən şəxslər rəsmiləşdirməni malları alış aktı və növbəti addım kimi elektron alış aktı ilə aparmalıdır”.

A.Cəfərov qeyd edib ki, malların alış aktını ilkin olaraq kağız formasında tərtib etmək olar, amma 5 gün ərzində kağız formada olan məlumatlar elektron qaydada alış aktlarına keçirilməlidir.

İqtisadçının fikrincə, vergiödəyiciləri problemlərlə qarşılaşmamaq üçün elektron alış aktları tərtib etməli və onları vaxtında sistemə daxil etməlidirlər.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top