Vergi daxilolmalarında ən yüksək artım templəri rabitə sahəsində qeydə alınıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Vergi daxilolmalarında ən yüksək artım templəri rabitə sahəsində qeydə alınıb

Cari ilin birinci rübündə qeyri-neft-qaz sektorunun bir sıra fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib.
Economic.az bildirir ki, Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a verilən məlumata görə, qeyri-neft-qaz sektorunda sənaye, xidmət və rabitə üzrə daxilolmaların artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 faiz üstələyib.
Ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (41,5 faiz), sənaye sektorunda (23,1 faiz), xidmət sektorunda (15,7 faiz), ticarət sahəsində (2,5 faiz), digər fəaliyyət sahələrində (6,6 faiz) qeydə alınıb.
Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top