
Veloparkda şose velosipedi üzrə Bakı Birinciliyi keçirilib
Bakı Birinciliyinin qalibləri müəyyənləşib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılğı ilə Veloparkda şose velosipedi üzrə Bakı Birinciliyi keçirilib. Yarışda U15, U17, gənclər və U23 yaş kateqoriyası üzrə 60-a yaxın idmançı mübarizə aparıb.
Economic-ə verilən məlumata görə, 15 yaşadək qızların 9 km məsafəyə yarışında Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Radha Şabanova finiş xəttini birinci keçib. Onun komanda yoldaşı Tamerlan Vitovski isə oğlanlar arasında eyni məsafəni hamıdan tez qət edib.
17 yaşadək oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbini təmsil edən Kamran Mirzəxanov 15 km məsafəyə ötüşmədə bütün rəqiblərini qabaqlayıb. 7 saylı Olimpiya Məktəbin üzvü Fatimə Əfqanzadə isə 9 km məsafəyə qrup ötüşməsində çempionluq sevinci yaşayıb.
Gənc və 23 yaşadək qızlar arasında 15 km məsafəyə yarışda Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Ayan Xankişiyeva hamıdan güclü olub. 36 km məsafəyə mübarizə aparan gənc və 23 yaşadək oğlanların yarışı isə 7 saylı Olimpiya Məktəbinin üzvü Əmral Əbdüləzizlinin qəbələsilə başa çatıb.
Qaliblər təşkilatçılar tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif edilib. Yarış zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində verdiyi bütün tapşırıq və tovsiyələrə əməl edilib.
BƏNZƏR MƏQALƏLƏR
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət […]
Bu prospekt də hərəkət qismən məhdudlaşdırılacaq
Economic.az xəbər verir ki, yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə […]
Pirallahı rayonunda ümumi uzunluğu 4 km olan daha 2 küçə təmir edildi
Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə […]