Varşavada Azərbaycan məhsulları sərgilənəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Varşavada Azərbaycan məhsulları sərgilənəcək

Polşanın paytaxtındakı “Blue City” ticarət və sərgi mərkəzində regional ərzaqlar yarmarkası təşkil ediləcək.
iyulun 22-dən 25-dək keçiriləcək yarmarkada Polşa istehsalı olan məhsullarla yanaşı, Azərbaycan çayları və şirniyyatları, habelə macar ət məhsulları, yunan zeytun və çaxırları, italyan pendirlərinin satış stendləri qurulacaq.
Yarmarka əsasən Polşa regionlarının məhsullarına həsr olunsa da, alıcıların marağına səbəb olan xarici məhsullara da yer verilir. Azərbaycan çayları, şərabları, şirələri və şirniyyatları həmişə polşalıların ən çox aldıqları məhsullar sırasındadır.
“Blue City”də təşkil olunan yarmarkalarda nəinki məhsulları almaq, həm də onların istehsalçıları ilə tanış olmaq, yerli ənənələr barədə məlumat almaq mümkündür. AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top