“Valensiya” Şimali Makedoniya millisinin qapıçısını transfer edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Valensiya” Şimali Makedoniya millisinin qapıçısını transfer edib

Bakı, 12 iyun, AZƏRTAC

İspaniyanın “Valensiya” komandası heyətini yeni qapıçı ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi Şimali Makedoniya millisinin üzvü Stole Dimitriyevskini transfer edib. Azad agent olan 30 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Stole Dimitriyevski son olaraq İspaniyanın digər klubu “Rayo Valyekano”da çıxış edib.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top