
“V Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı” keçirilib – FOTOLAR
2-3 aprel tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “V Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı” keçirilib.
Konfrans 2 aprel Autizm Günü ilə əlaqədar baş tutub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra konfransda iştirak edən hörmətli qonaqlara söz verilib. Artıq üçüncü dəfədir konfransa ev sahibliyi edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov açılış nitqi edərək qonaqları salamlayıb. Ardınca Təhsil Nazirinin müşaviri Rüstəm Ağayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Uşaq Problemləri” şöbəsinin məsləhətçisi Şəbnəm Cəfərova, Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent – Psixiatr Araz Maniçöhri Lalei söz alaraq konfransın işinə uğurlar arzulayıb.
Klinik psixoloq, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Yaş və İnkişaf Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi Narınc Rüstəmova mərkəzin 14 illik fəaliyyətindən, artıq V dəfə həyata keçirilən konfransın məqsəd və yaranma tarixindən bəhs edib.
Sonda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov çıxış edərək “Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı”nın mahiyyətini vurğulayıb, iştirak edən qonaqlara və komandaya ürək sözlərini çatdırıb.
Kiçik fasilədən sonra konfransın əsas, elmi hissəsinə keçid olunub. Ardıcıl olaraq araştırmaçı, əczaçı və müəllim, “Ona sözüm var” kitabının yazarı Sara Pour “Aşkın Aroması” mövzusunda, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Çağdaş dövrdə ailə modeli – Problemlər və perspektivlər” mövzusunda, Narınc Psixologiya Mərkəzinin Baş Defektoloq-loqopedi Səbinə Oruczadə “Rinolaliyanın təsnifatı və korreksiya üsulları” mövzusunda, Yıldız Teknik Üniversitesi Eğitim Fakültesi Dekanı Mehmet Engin Deniz “Dijital çağda Anne Baba olmak” mövzsunda və son olaraq Klinik psixoloq, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Yaş və İnkişaf Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi Narınc Rüstəmova “Narsist Şəxsiyyət Pozuntusu” mövzusunda çıxış ediblər.
Konfransın ikinci günü Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilib.
Qeyd edək ki, konfransın sonunda bütün iştirakçılara 7 beynəlxalq sertifikat təqdim olunub.
BƏNZƏR MƏQALƏLƏR
-
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə […]
-
Şirkət avtomobillərində qəza zamanı ziyan necə ödəniləcək? – Detallar – VİDEO
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri […]
-
Bu gün Xarıbülbül festivalı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri […]