UNİCEF meymunçiçəyinə qarşı vaksinlə bağlı tender elan edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

UNİCEF meymunçiçəyinə qarşı vaksinlə bağlı tender elan edib

Bakı, 1 sentyabr, AZƏRTAC

UNİCEF meymunçiçəyinə qarşı vaksinlə bağlı təcili tender elan edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, tender Ümumdünya Səhiyyə Təşkilatı və Afrika Xəstəliklərə Nəzarət Mərkəzi ilə birgə elan edilib. Bildirilir ki, kasıb ölkələrə kömək məqsədi ilə 2025-ci il üçün 12 milyon doza vaksin alınması nəzərdə tutulur.

ÜST-nin məlumatına görə, meymunçiçəyi virusu ilə bağlı ən ağır vəziyyət Konqo, Burundi, Ruanda və Uqandadadır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top