
Unibankdan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
Unibank aqrar sektorun daha da asan və sürətli kreditləşməsini təmin etmək üçün Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminə (AzALES) qoşulub. Unibank AzALES -ə ilk qoşulan banklardandır. “Unibank” KB ASC-nin Korporativ Bank xidmətləri departamentinin direktor müavini Samir Mustafayev bildirib ki, kənd təsərrüfatına yönələn maliyyə vəsaitlərini artırmaq, bankın qarşıya qoyduğu hədəflərdən biridir:
Bankdan “economic”ə verilən məlumata görə, “Yeni kredit qiymətləndirmə sistemi ilə aqrar kreditləri bir qədər də əlçatan olur.Bu sistem aqrar sahənin kreditləşdirilməsi zamanı riskləri daha düzgün qiymətləndirməyimizə kömək edəcək. AzALES bank əməkdaşının işini xeyli asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatı sahəsində biznesi olan müştərilərimiz üçün də krediti daha sürətli əldə etməyə imkan yaradır”.
AzALES Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Bu sistem, aqrar sahədə risklərin aydın qiymətləndirilməsinə, kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verir. Belə ki, AzALES banka hazır forma verir. Bank müştərinin məlumatlarını həmin platformaya daxil edərək, ona nə qədər maliyyə vəsaiti ayırmağın mümkünlüyünü müəyyən edir. AzALES bir növ risklərin müəyyənləşdirilməsində banka kömək edir.
Kənd təsərrüfatı, eləcə də digər biznes kreditlərindən faydalanmaq istəyən müştəriləri “Unibank”ın biznes filiallarında yüksək və keyfiyyətli xidmət gözləyir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!
BƏNZƏR MƏQALƏLƏR
Kapital Bank Ordubad filialını da yenilədi
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. 2019-ci ildən başlayaraq […]
Kapital Bank-la onlayn satışlar daha rahat və sərfəlidir
Cari ildə ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir […]
Xeyriyyəçiliklə məşğul olan “Qırmızı ürəklər”bayram ərəfəsində şəhid övladlarını sevindirdi
Məlumat verdiyimiz kimi, Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə 1 il əvvəl yaradılan “Qırmızı ürəklər” (“RedHearts”) […]