Unibank Mobile-ın 0% komissiya kampaniyası davam edir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Unibank Mobile-ın 0% komissiya kampaniyası davam edir

Bankın xidmət və məhsullarından istifadə etmək üçün banka getməyə ehtiyac yoxdur. Çünki artıq əksər bank xidmətlərindən elə öz telefonunuzda istifadə edə bilirsiniz. Unibank Mobile bank xidmətlərini telefonunuza gətirib. Üstəlik Unibank Mobile-da bank xidmətlərinin bir çoxu 0% komissiyalıdır. Kampaniya çərçivəsində Unibankın Mobil bankinq xidmətində card to card əməliyyatları  (kredit xəttindən istifadə istisna olmaqla) komissiyasız olub:

• Kartdan karta köçürmə – 0%
• Kartdan Hesaba köçürmə – 0%
*Kredit kartlarından köçürmələrdə yalnız kartın nağdlaşdırma komissiyası tutulur

  • Hesabdan Hesaba köçürmə – 0%
  • Hesabdan Karta köçürmə – 0,5%
  • Kommunal ödənişlər – 0%
  • Kredit ödənişi – 0%
  • “Yığım” depozit hesabının artırılması – 0%

Unibank Mobile hansı imkanları yaradır?

  • Bütün hesablarınıza onlayn şəkildə nəzarət etmək;
  • Telefon kitabçasında qeydiyyatda olan dostlarınıza siyahıdan rahat şəkildə köçürmə etmək;
  • Unibank-dakı bir kart və ya hesabınızdan digər kart və ya hesabınıza pul köçürməsi, kartın bloklanması və blokdan açılması – bunlar hamısı bir kliklə mümkündür;
  • Olduğunuz yerdən kommunal, internet , kabel tv , kredit – istədiyiniz ödənişi həyata keçirin;
  • Aylıq ödənişlərinizi sistemə avtomatik ödənişlər siyahisina daxil edin və bu ödənişlər təyin etdiyiniz vaxtda avtomatik keçirilsin;
  • Unibank Mobile əlavəsi sizə həmçinin depozit  və cari hesab açmağa imkan yaradır. Bundan əlavə mövcud əmanətlərinizlə bağlı bütün məlumatları banka gəlmədən əldə edə bilərsiniz.

Siz Unibank Mobile-ın köməyi iləbankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərsiniz.

Unibank Mobile  İOS və Android platformalarında işləyir. Öz smartfonunuza Unibankın mobil bank xidmətini bu linkindənhttp://onelink.to/ffdbwf   yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile –asan, sürətli və təhlükəsiz!

Unibank-hər kəsin bankı!

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top