
Unibank əməkdaşları arasında onlayn intellektual yarışma keçirilib
Sərt karantin rejimi günləri ilə əlaqədar əksəriyyəti distant rejimində çalışan Unibank əməkdaşları arasında “Fibonacci – onlayn” intellektual yarışması keçirilib. Oyun “Youtube”da onlayn formatda olub. Onlayn keçirilən yarışmada Bankın baş ofis, eləcə də filial əməkdaşlarından ibarət 21 komanda iştirak edib. Onlayn yarışmanın keçirilməsində məqsəd, bank əməkdaşlarının əhval-ruhiyyəsini qaldırmaq, komanda ruhunu daha da yüksəltmək olub.
Bankdan “Economic” ə verilən məlumata görə, Fibonacci gamification company” tərəfindən keçirilən oyunda komanda üzvlərinin intellektual bilikləri sınağa çəkilib. Yarış müddətində komandalar 7 tur ərzində 50 sualı cavablandırıb. Çox həyacanlı və maraqlı keçən yarışın sonunda qaliblər müəyyənləşib. Marketinq departamentinin “Mark Eating” komandası ən yüksək nəticə göstərərək onlayn intellektual yarışın qalibi olub.
Unibank-hər kəsin bankı!
BƏNZƏR MƏQALƏLƏR
Kapital Bank Ordubad filialını da yenilədi
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. 2019-ci ildən başlayaraq […]
Kapital Bank-la onlayn satışlar daha rahat və sərfəlidir
Cari ildə ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir […]
Xeyriyyəçiliklə məşğul olan “Qırmızı ürəklər”bayram ərəfəsində şəhid övladlarını sevindirdi
Məlumat verdiyimiz kimi, Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə 1 il əvvəl yaradılan “Qırmızı ürəklər” (“RedHearts”) […]