MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

unibank sənədləşdirmə

Unibank biznes sahiblərinə kredit xəttindən banka gəlmədən istifadə imkanı yaradıb

“Unibank”ın onlayn kredit xətti indi biznes sahiblərininən çox faydalandığı məhsula çevrilib.

Bankdan Economic-ə verilən məlumata görə, bu məhsul fərdi sahibkarlara və hüquqi şəxslərə kredit xətlərindən banka gəlmədən, dəqiqələr ərzində istifadə imkanı yaradır.

“Unibank” KB-nın Korporativ biznes üzrə Baş inzibatçısı Tural Hüseynov bildirib ki, onlaynkredit xəttibiznes sahibləri tərəfindən çox yüksək qarşılanıb: “Bu məhsul qısa müddət ərzində müştərilərimiz tərəfindən geniş istifadə olundu. Biz əminliklə deyə bilərik ki, “Unibank”da kredit xətti olan sahibkarların hamısı indi bu xidmətdən banka gəlmədən istifadə edir, evində, işində oturub dəqiqələr ərzində kredit vəsaitini İnternet Bank vasitəsi ilə əldə edə bilir. Bu məhsulun biznes sahibləri üçün üstünlüyü hər dəfə kredit xəttindən istifadə üçün banka gəlmək zərurətini aradan qaldırması və sahibkarın zamanını dəyərləndirməsidir. Digər vacib üstünlük, biznes sahibinin ona lazım olan qədər kredit məbləğini əldə etməsi imkanıdır. Məsələn, sahibkarın 20 min manatlıq kredit xətti varsa, əvvəllər o banka dəfələrlə gəlməmək üçün lazım olmasa da belə, bu vəsaitin hamısını ilk dəfədən götürürdü. İndi isə banka gəlməyə ehtiyac olmadığından, sahibkar vəsaitin lazım olan qədərini götürür. Çünki bilir ki, istədiyi vaxt, dəqiqələr ərzində qalan vəsaitdən istifadə edə biləcək”.

 

Onlayn tranş krediti  sahibkara aşağıdakı üstünlükləri verir:

 

  • Sahibkar banka gəlmədən, istədiyi vaxt kredit xəttindən istifadə edə bilir;
  • Faiz xərclərinə qənaət edir;
  • Sənədləşmə işləri avtomatlaşdırıldığından, hər dəfə sənədlərə imza atmağa ehtiyac qalmır;
  • Filialda növbədə zaman itirməməklə yanaşı, istənilən yerdən, dəqiqələr ərzində vəsaiti əldə edir.

 

Məhsul və xidmətlərdə rəqəmsallaşmanı hədəf götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir.Banka gəlmədən onlayn hesab açmaq, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

 

Unibank-Biznesinizə daimi dəstək!

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top