UNEC tələbələrinin məqalələri “Scopus” bazasında dərc olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

UNEC tələbələrinin məqalələri “Scopus” bazasında dərc olunub

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələrinin məqalələri “Scopus” bazasına daxil olan Q1 kateqoriyalı jurnallarda dərc olunub.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.

ISE tələbələri Aysu Abbasova, Röyalə Alışzadə və Alsu Cəfərovanın “Azərbaycanda gənclər arasında ekspatriasiya və daimi emiqrasiya meyilliliyi” (Expatriation and permanent emigration intention among youth in Azerbaijan) məqaləsi “Journal of International Studies” nəşrində dərc olunub. Tələbələr Azərbaycan gəncləri arasında müvəqqəti və daimi emiqrasiya meyilliliyini formalaşdıran mümkün faktorları təhlil ediblər.

ISE-nin digər tələbələri Aysu Əhmədova və Tağı Quliyevin “Bitcoin ilə Nasdaq, ABŞ dolları indeksi və əmtəələr arasındakı əlaqə” (The Relationship between Bitcoin and Nasdaq, U.S. Dollar Index and Commodities) mövzusunda elmi məqaləsi isə “International Journal of Energy Economics and Policy” nəşrində dərc olunub. Tələbələr 2017-2023-cü illəri əhatə edən dövrdə həftəlik qiymətlərdən istifadə edərək, Bitcoin ilə Nasdaq, ABŞ dolları indeksi və əmtəələr arasındakı uzunmüddətli qarşılıqlı əlaqələri araşdırıblar.

Hər iki məqalə Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının dosenti Xətai Alıyevin elmi rəhbərliyi ilə yazılıb.

Qeyd edək ki, Elmi şuranın qərarına əsasən, elmi məqalələri beynəlxalq nüfuzlu jurnallarda dərc olunan UNEC tələbələri 4500 manatadək qonorar qazanmaq şansı əldə edirlər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top