MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Ramil Cabbarov

UNEC-in müəllimi “Microsoft”un sertifikatını qazanıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Ramil Cabbarov dünyanın aparıcı şirkətlərindən sayılan “Microsoft”un sertifikatını qazanıb. UNEC-dən şirkət Təhsil İşçiləri Cəmiyyətinin üzvləri üçün “Texnologiya ilə tədris” mövzusunda 18 saatlıq online təlim keçirib. Tədbirdə “Tədris zamanı İKT resurslarının istifadəsi”, “Texnologiya və pedaqogikanın vəhdəti”, “İKT əsaslı öyrənmə və öyrətmə” və “İKT köməyi ilə tədrisin idarə olunması” mövzuları barədə məlumat verilib.
İmtahanların nəticəsinə əsasən, R.Cabbarov “Microsoft” şirkətinin “İnnovativ müəllim” sertifikatını qazanıb.
“Microsoft”un bu təlim paketi UNESCO-nun “Müəllimlərin İKT Yetərliliyi Çərçivəsi” proqramına uyğun təşkil olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top