MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

unec-bina

UNEC-in 90 yaşı tamam olur

Zəngin tarixə sahib olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu gün 90 illik yubileyini uğurlarla qeyd edir.

Universitetdən Economic-ə verilən məlumata görə, 90 illik yubileyinə Azərbaycan Dövlət İqtisad Universiteti “UNEC” adı ilə brendləşdirildi. Təhsildə ən müasir tendensiyalar nəzərə alınaraq Elektron Universitet modeli, elektron sənəd dövriyyəsi, “Bir  pəncərə” onlayn sistemi, əcnəbilərin və təkrar ali təhsilə qəbulun internet üzərindən həyata keçirilməsi sistemi yaradıldı. Ən müasir texnologiyalarla təchiz olunmuş və 20 min tələbəyə distant təhsil vermək gücündə olan “UNEC Extern” mərkəzi istifadəyə verildi.

UNEC-in ciddi tədqiqatlar aparan və tədqiqatların nəticələrini beynəlxalq elmi bazalarda nəşr etdirən tədqiqat universitetinə transformasiyasında uğurlar əldə olundu, 30-dan çox tədqiqat mərkəzi yaradıldı. 9 nüfuzlu xarici universitetlərlə ikili diplom proqramının reallaşdırılıldı. UNEC Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərmək üçün yeganə xarici universitet kimi lisenziya aldı, Yunanıstanda akkreditasiyadan keçirildi və Qərbi Makedoniya Universitetində birgə magistr proqramını reallaşdırıldı. 

Zaqatalada UNEC-in filialının açılması və Maliyyə-İqtisad kollecinin universitetin nəzdinə verilməsi ilə UNEC-in klasterləşməsi həyata keçirildi. Tələbə özünüidarəetməsində yeniliklərə imza atıldı. UNEC Yaradıcılıq Mərkəzi, İdman Klubu, UNEC Radionun fəaliyyətini təşkil edildi. 

UNEC Prezident təqaüdçülərinin sayına görə Təhsil Nazirliyinin strukturuna daxil olan ali təhsil müəssisələri sırasında, eləcə də MBA təhsilində ixtisasların və tələbələrin sayına görə liderliyə nail oldu. 

Bütün tədris binalarında ən müasir tələblərə cavab verən kitabxanalar və 24/7 fəaliyyət göstərən kitabxana quruldu. Texniki və texnoloji ixtisas üzrə 3000 tələbə üçün nəzərdə tutulmuş müasir tədris kompleksi inşa edildi. 

İş dünyası ilə strateji əməkdaşlıq platforması olan UNEC2B reallaşdırıldı. İlk dəfə olaraq, 2016-cı ildə UNEC-in QS Reytinq Agentliyinin reytinq siyahısına daxil olmasına nail olundu. UNEC İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Regionu universitetləri arasında ən yaxşı ilk 200 universitet sırasına daxil oldu və regionun ən yaxşı 4-cü iqtisad yönümlü universitet seçildi. UniRank reytinqində 2017-2020-ci illərdə UNEC hər il Azərbaycanın ən yaxşı ali məktəbi seçildi. Nüfuzlu “Webometrics” reytinqinə əsasən UNEC 2017-2020-ci illərdə “Google akademik istinadlarının sayı”na görə hər il Azərbaycanda birincidir.
“UI Green Metric World University Rankings” reytinq siyahısına görə UNEC 2019-cu ildə dünya üzrə 432-ci, Azərbaycan üzrə isə 1-ci “yaşıl” universitet kimi tanındı.
22 aprel 2020-ci ildə “THE İmpact Ranking” açıqladığı reytinqdə UNEC dünya universitetləri arasında 619-cu, Azərbaycanda isə 1-ci yerə yüksəldi.
U-Multirank bir neçə gün əvvəl açıqladığı reytinqə əsasən, UNEC iqtisadiyyat fənni üzrə artiq dünyanın 250 ən yaxşı universitetlərindən biridir.

Əsas  hədəf isə “UNEC-100” İnkişaf Strategiyasına əsasən, UNEC-in 100 yaşının tamam olacağı 2030-cu ildə dünyanın ən yaxşı 500 universitetlərindən birinə çevrilməkdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top