
UNEC-də startap müsabiqəsi keçirilib
21 yanvar tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Beynəlxalq İqtisadiyyat (İngilis dilli)” kafedrasının nəzdində fəaliyyət göstərən “ISE Start-up Club”un təşkilatçılığı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “I2B – İdeyadan Biznesə” layihəsi ilə birgə startap müsabiqəsi keçirilib.
Tədbirin əsas partnyorlarından biri UNEC karyera mərkəzidir.
Müsabiqənin açılış mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov ölkəmizdə startap hərəkatının genişləndirilməsi sahəsində həyata keçirilən işlərdən danışıb. O məlumat verib ki, son illər bu istiqamətdə uğurlu nəticələr əldə olunub. Şöbə müdiri “İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakı şəhəri və respublikanın 7 regionunu əhatə edən startap turları zamanı ötən il 15 layihənin startap meyarlarına uyğun olaraq təkmilləşdirildiyini, həmin ideyaların real prototipə çevrildiyini qeyd edib. O bildirib ki, turlar regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradır.
“Startap turlarının finalında 3 layihə əsas qalib oldu, amma ümumilikdə 75 ideya layihə kimi formalaşdı. Bu, ideyası olan gənclərdə cəsarət və motivasiya yaradır. Bu gün ideyası olan, amma onu layihələndirməkdə çətinlik çəkən onlarla gənc var. Bizim məqsədimiz onları tapıb ortaya çıxarmaq və birlikdə yeni innovativ layihələr ərsəyə gətirməkdir. Bu baxımdan, Azərbaycan Dövlət İqtisad Universitetinin keçirdiyi bugünkü tədbiri məqsədəmüvafiq hesab edirik”.
Tədbirdə UNEC-in 36 tələbəsindən təşkil olunmuş komandalar 11 startap layihəsi təqdim edib. Tələbələrin hazırlığı “ISE Start-up Club”un yaradıcısı və sədri olan Turan Süleymanov tərəfindən aparılıb. Bu məqsədlə tələbələrə seminarlar və məruzələr keçirilib.
Beləliklə, “Cancarryou”, “Football Union”, “iFood”, “edulife.az” və “Boomerang” layihələri qalib seçilib.
Layihənin qaliblərinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mükafatlar verilib. Eyni zamanda onlar “I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının ölkə üzrə finalına vəsiqə əldə ediblər.
BƏNZƏR MƏQALƏLƏR
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə […]
Şirkət avtomobillərində qəza zamanı ziyan necə ödəniləcək? – Detallar – VİDEO
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri […]
Bu gün Xarıbülbül festivalı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri […]