
UNEC-də MBA proqramında 3 yeni ixtisas üzrə qəbul aparılacaq
Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin MBA proqramında magistratura səviyyəsində 3 yeni ixtisas üzrə kadr hazırlığı aparılacaq.
UNEC-dən, “Economic”ə verilən məlumata görə, 2020/2021-ci tədris ilindən UNEC-in MBA proqramına “Beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi”, “Kibertəhlükəsizlik”, “Vergi idarəetməsi və vergi planlaşdırması” ixtisaslaşmaları üzrə magistr qəbulu həyata keçiriləcək.
Ötən tədris ilində də UNEC-ə 3 yeni ixtisaslaşma – “Biznes analitikası”, “Risklərin idarə edilməsi” və “Sosial media marketinqi” üzrə magistr qəbulu aparılıb və qəbul planı 100 faiz yerinə yetirilib.
Beləliklə, UNEC-də 2020/2021-ci tədris ilində MBA proqramında 20 ixtisaslaşma üzrə kadr hazırlığı aparılacaq: Beynəlxalq biznes; Biznesin idarə edilməsi (ümumi təyinatlı); Biznes və data analitikası; İnsan resurslarının idarə edilməsi; Maliyyə; Marketinq; Menecment; Mühasibat uçotu; Qiymətlı kağızlar; Layihələrin idarə edilməsi; İdmanın idarə edilməsi; Bank və sığortanın idarə edilməsi; Mühəndislik və idarəetmə riskləri; Risklərin idarə olunması; Səhiyyənin idarəedilməsi; Turizm və otelçiliyin idarəedilməsi; Sosial media marketinqi; Beynəlxalq logistika və təchizat zəncirinin idarəedilməsi; Kiber təhlükəsizlik; Vergi idarəetməsi və vergi planlaşdırması.
UNEC Biznes Məktəbində tədris 3 dildə (azərbaycan, rus, ingilis) Amerikanın və Avropanın beynəlxalq ixtisaslaşmış universitetlərinin tədris planına uyğun keçirilir.
BƏNZƏR MƏQALƏLƏR
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət […]
Bu prospekt də hərəkət qismən məhdudlaşdırılacaq
Economic.az xəbər verir ki, yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə […]
Pirallahı rayonunda ümumi uzunluğu 4 km olan daha 2 küçə təmir edildi
Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə […]