MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

15953010034512412457_367x266

Ümumdünya Ticarət Təşkilatının rəhbəri vəzifəsinə səkkiz namizəd iddialıdır

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Roberto Azevedo may ayında gözlənilmədən istefa verdikdən sonra, bu vəzifə üçün səkkiz nəfərin namizədliyi irəli sürülüb.
Bu həftə beynəlxalq qurumun Cenevrədə yerləşən mənzil-qərargahında namizədlər beynəlxalq quruma üzv olan 164 dövlətin təmsilçilərinin suallarını cavablandıracaqlar. Diplomatik dairələrdən mətbuata verilən məlumatda qeyd edilib ki, dünyanın nəhəng ölkələri arasında iqtisadi və gömrük çəkişmələri, COVID-19 pandemiyası ilə əlaqədar yaranmış qlobal böhrana görə, bu vəzifənin öhdəsindən həm güzəştə getməyi və konsensusa nail olmağı bacaran, həm də ciddi siyasi iradə sahib şəxs gələ bilər.
Üzv ölkələrin təmsilçiləri bu həftə ərzində keçirilən sual-cavab raundlarında bu keyfiyyətləri daşıyan namizədi müəyyənləşdirməlidirlər. Lakin yekun olaraq hansı namizədin ÜTT-nin baş direktoru olacağı aylarla sürən seçim prosesində ortaya çıxa bilər, çünki təşkilatın reqlamentinə görə, yeni rəhbər konsensus əsasında seçilməlidir və 164 ölkənin maraqlarını ortaq məxrəcə gətirmək elə də asan olmayacaq.
Ən son tarix kimi noyabrın 7-dək R. Azevedonun sələfinin kim olacağı müəyyənləşməlidir. O vaxta kimi isə üzv ölkələr R. Azevedonun səlahiyyətlərini müvəqqəti icra edəcək namizədi tapmalıdırlar, çünki braziliyalı diplomat avqust ayının sonunda öz postunu tərk edəcək.
Hazırda namizədlər arasında Böyük Britaniyanın keçmiş Ticarət naziri Liyam Foks, Keniyanın keçmiş Xarici İşlər naziri və ÜST-də səfir Amina Mohammed və misirli Abdel Hamid Mamdunun şansları yüksək qiymətləndirilir. Əsas favoritlərdən biri sayılan Aİ-nin ticarət üzrə komissarı Fil Hoqan isə namizədlərin qeydiyyatının başa çatmasına az qalmış öz namizədliyini geri götürüb. AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top