MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ultra hd

“Ultra HD” gəlir. İldə 280 milyon dollar qazanc

«Northern Sky Research» (NSR) tədqiqat şirkətinin proqnozuna görə, 2025-ci ilədək peyklər vasitəsilə «Ultra HD» (4K) təsvir ölçüsündə 785-dən çox telekanal yayımlanacaq.

Şirkətin dərc etdiyi «Peyk vasitəsilə yayımlanan «Ultra HD» adlı hesabatda 2026-cı ilədək dünyanın, demək olar, bütün regionlarının «Ultra HD» kanallardan istifadə edə biləcəyi, inkişaf etməkdə olan ölkələrin isə onilliyin sonunadək «UHD» kanallarının qəbuluna başlayacağı bildirilir.

Qeyd olunur ki, «4K» televizorların qiymətlərinin azalması yeni formata marağı və tələbatı artırır, bu televizorların nüfuzetmə səviyyəsi «HD» televizorlarla müqayisədə daha sürətlə yüksəlir.

Hesabatda həmçinin proqnozlaşdırılır ki, «Ultra HD»nin ötürülməsinə görə kanalların buraxılış qabiliyyətinin genişləndirilməsi üçün tələb olunan peyk tutumlarının icarəsinin artması ildə 280 milyon dollar əlavə qazanc gətirəcək. vergiler.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top