MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

354528

Ukraynadan Azərbaycana dəstək: Ticarət mərkəzində bayrağımız işıqlandırıldı

Ukraynada paytaxtı Kiyevdə Azərbaycana dəstək nümayiş etdirilib.

Yenisabah.az xəbər verir ki, paytaxtın ən böyük ticarət mərkəzlərindən biri olan “Gulliver” Azərbaycan bayrağına bürünüb.

Bildirək ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən dərin narahatlığını ifadə edərək bəyanat yayıb. Nazirlik hər iki tərəfi vəziyyətin deeskalasiya olunmasına və münaqişənin həllini beynəlxalq hüquq və normalar çərçivəsində, o cümlədən, 1993 cü ildə BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsas götürərək sülh yolu ilə tapmağa çağırıb. Ukrayna münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmaq şərti ilə siyasi yolla həllinin tərəfdarıdır.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top