MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

istirahet

Uğurlu İnsanlar Həftə Sonlarını Necə Keçirir?

Həftə sonları insan üçün azadlıqdırmı? Yoxsa uğur yolunda əhəmiyyətli bir addım sahəsimi? Bizdə bu sualların cavabını uğurlu insanların həftə sonu qiymətləndirmə üsulları ilə ortaya qoymağa çalışdıq.
Uğurlu insanların həftə sonlarını necə keçirdiklərinə dair verdikləri məlumatları və bu mövzuda yazılmış onlarca məqalə əslində tək cümlədə deyilə  bilər: Xəyalını qurduğu həyatı yaşamağa çalışan insanlar üçün həftə içi , həftə sonu ayrı-seçkiliyi yoxdur , onlar plan, məqsəd və prioritetlərini həyatlarının hər gününə yaymış vəziyyətdədirlər.
Bu qətiyyən həftə sonlarında da bütün var-gücünlə işləmək demək deyil. Əksinə, insanın ailəyə, başqalarına və ən vacibi özünə ayırdığı zamana diqqət edərək, hər gün dincəlməyi və yenilənməyi bilməsi anlamına gəlir. Əlbəttə, həftə sonu bunu daha rahat həyata keçirə bildiyimiz bir zaman kəsimidir ancaq özümüzü parçaladığımız bir həftənin sonunda, alt tərəfi 48 saatlıq bir müddətdən tam rahatlanmağı gözləmək əksəriyyətlə xəyal qırıqlığına və normaldan da böyük bazar ertəsi sindromuna səbəb olur. Bu yazdıqlarımla kifayətlənməyəcəyimə və oxucuları üçün, 12 məşhur və bacarıqlı adamın həftə sonu vərdişlərini sadalayacağam.
1.”Erkən qalxın” -Robert İger
Həftə sonunun yarısını yatmaqla keçirmək hər nə qədər orqanizmimizin ehtiyac olduğunu düşündüyümüz bir şey olsa da, araşdırmalar beynimizin oyandıqdan etibarən 2-4 saat içində ən çox uğurla çalışdığını göstərir. Disney İcraçı Direktoru Robert İger da, həftə sonu daxil hər gün 04.30-da qalxıb günə öndə başlayanlardandır. Bununla bərabər, gün ərzində kiçik bir qəlyanaltı etməklə beynini yenidən işləməyə başladıqını və qərar verməyi asanlaşdıran bir vəzifə də görür. “Bir mövzunu düşünmək üçün yetərli vaxt keçməsini gözləmək” mənasında işlədilən İngilis “sleep on it” (bu məsələ üzərində yat) sözü  də bununla əlaqəli olmasıdır.
2.”Bir planınız olsun” – Benjamin Franklin
ABŞ-ın qurucu atalarından Bencamin Franklinin qalxar-qalxmaz irəlidəki saatlarda nə edəcəyini düşünərək günü planlaşdırdığı məlum olur. Uzunmüddətli planları ilə yanaşı, gündəlik planlar da, bizə oturduğumuz yerdən qalxmaq və bir şeylər etmək üçün lazım olan zərurəti yaradır.
3.”Eyni anda birdən çox şey etməyin” – Timothy Ferris
Eyni anda bir çox şey etmək daha bir neçə il əvvələ qədər insanın nə qədər zəkalı və uğurlu olduğunu göstərən bir bacarıq kimi qəbul edilərkən, günümüzdə az qala “eyni anda bir şox iş etmə ilə mübarizə dərnəyi” yaradacaq mərhələyə gəlməyimizdə, sürətlə kədərlənməyimizin böyük payı var.Eyni anda birdən çox şey etmək,uğurlu insanların istifadə etmədikləri bir üsuldur. Məşhur yazıçı Timoti Ferris, maksimum əlverişlilik ücün hər günə (həftə sonu da olsa) ən çox iki hədəf qoymağı və onları bitirməyə istiqamətlənməyi təklif edir.
4.”Aktiv qalın” -Anna Wintour
Vogue kimi bir nəhəng nəşriyyatın redaktoru olan Anna Wintourun, hər gün mütləq 1 saat tennis oynadığını bilirdinizmi? “Sağlam düşüncə, sağlam bədəndə olur” deyimi eyni zamanda, fəal, sağlam, yaxşı işləyən beyinlər üçün də etibarlıdır. Buna əlbəttə ki, həftə sonları da daxildir.
 
5.”Prioritləndirməyə diqqət edin” -Steve Jobs
“Bir şeyin vacib olması üçün dünyayı dəyişdirməsi lazım deyil” Stiv Jobsun dediyi. ABŞ Prezidentinin belə axşam yeməklərində ailəsiylə birlikdə olmağa diqqət etdiyi bir dünyada,bizim üçün əhəmiyyətli olan, kifayət qədər edə bilmədiyimizi düşündüyümüz hər nə isə, həftə sonunda buna dair bir hədəf qoymaq ağıllı qərar ola bilər.
6.”Xobbilərinizə zaman ayırın” – Warren Buffett
Uğurlu insanlar adətən olduqca maraqlı və özlərini bəsləyən bir çox xobbiyə malik insanlar olurlar. Məsələn, ABŞ-lı məşhur investor və iş adamı Warren Buffett, boş vaxtlarında instrumental alətlətdə mahnı ifa edir . Ya da Oskar mükafatçısı aktrisa Meril Strip hörgü toxuyur. Yaradıcılığı inkişaf etdirmək və stressi atmaq üçün, xobbilərə zaman ayırmaq lazımdır.
7.”Mindfulness tətbiq edin” – Oprah Winfrey
2013-ci ildə Forbsun ən uğurlu məşhuru seçilən Oprah, gündə iki dəfə 20 dəqiqə ərzində konsentrasiya olmaqla beynini təmizlədiyini deyir. Stressi azaltmada, fiziki ağrıları azaltmada təsirli olduğu göstərilən bu texnikanı həftənin hər günü tətbiq etmək faydalı olur.
8.”Anı qaçırmağın da dadını çıxarın” – Randi Zuckerberg
Bu ifadənin Facebookun qurucusu Mark Zuckerbergin qardaşından gəlməsi baxımından,ironik və maraqlıdır.”Hər yerdə olma, hər şeyi etmə istəyi” yerinə, anı yaşamalı, olduğumuz lazımdı deyir Randi Zuckerberg.
9.”Uğursuzluqlar üzərində düşünün” – Bill Gates
Uğuru təbrik etmək, amma daha əhəmiyyətlisi uğursuzluq üzərində də düşünərək dərs almaq lazımdır deyən Bill Gates, həftə ərzində alınan dərsləri düşünmək üçün həftə sonunu istifadə edir.
The Happiness Project (Xoşbəxtlik Layihəsi) kitabının müəllifi Gretchen Rubin, hər gün bir cümləlik  gündəlik yazmağın buna töhfəsi olacağını deyir. Bu təklifi həyata keçirmək ücün hər gün yalnız bir cümlə yazmaq və həftə sonu bu cümlələrə dönüb baxmaq olduqca asan və edilə bilərək kimi görünür.
10.”Könüllü olun” – Richard Bransonşule
Zəngin insanların yüzdə 73-ünün ayda 5 və ya daha çox saatı könüllü fəaliyyətlərlə keçirdiyini bilirdinizmi? Milyarder iş adamı Riçard Branson, dünyadakı aclıq, iqlim dəyişikliyi kimi müxtəlif mövzular üzərində baş sındırmağın həm daha sonra gündəlik həyatdakı əziyyətlərə istiqamətlənməyə kömək olduğunu, həm də iç dincliyini tapmağa faydalı olduğunu deyir.
11.”Qarşınızdakı həftəyə zehni olaraq hazırlanın” – Jack Dorsey
Gündə 16 saat çalışması ilə məlum olan Twitter İcraçı Direktoru Cak Dorsey, şənbələri işləmədiyini, bazar günlərini isə keçən həftəyi dəyərləndirib, qarşısındakı həftəyi planlayaraq keçirdiyini deyir. Dorsey üçün bazar ertəsi hazır olmağın ipucusu bu.
12.”Təkanı itirməyin” – Jay Z
Düşünmək, planlaşdırmaq və xəyal etmək mühüm; Amma etmək və etməyə davam etmək də. Bir çox müəllifin dediyi kimi, yazıçı olmağın yeganə yolu yaxşı və ya pis demədən yazmağa davam etmək. Məşhur müğənni Jay Z də uğura çatınca küncünə çəkilməyib hərəkəti, təkanı itirməməyi nəsihət edənlərdəndir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top