MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

26165261_206156333286278_9052618047033845831_n - копия

Uğura aparan yol…

 Gülayə Səfərova – “Hər hansı bir işin sonunun gözəl və nəticəsinin uğurlu olması üçün ilk olaraq səbir etməlisən. Səbir etmək hər bir uğurun, müvəffəqiyyətin ilk şərtidir”.

Gülayə Səfərova, Qubadlı rayonunda anadan olub, 1 övladı var.

Hazırda  “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi”nin sədridir.

Rəhbərlik etdiyi təşkilatın əsas fəaliyyəti – münaqişəli ailələrlə iş, qadınlara qarşı zorakılığın aradan qaldırılmasına yardım etmək, qadın və uşaqların hüquqlarının müdafiəsi və sair problemli məsələlər üzərində qurulub.

Uğurları:

  • “Məişət zorakılığına qarşı qabağlayıcı tədbirlərinlərin keçirilməsi və ailədaxili zorakılıq qurbanlarına hüquqi yardım!”
  • HİV/AİDS-lə bağlı məktəblərdə, universitetlərdə, milli parkda, çimərliklərdə, əhalinin sıx olduğu yerlərdə geniş məlumatlandırma kompaniyalarının aparılması;
  • “İnsan alveri ilə mübarizədə Qiymətləndimə amili və onun əhəmiyyəti”
  • “Məlumatlı ol ki, İnsan alveri qurbanı olmayasan” devizi ilə maarifləndirmə kampaniyasının təşkili
  • “İnsan alveri qurbanlarına pulsuz hüquqi yardım, insan alverinə qarşı mübarizənin sistemli təşkili”
  • “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi ”

Öz işinin peşəkarlarından olan Gülayə xanım, bu günkü nailiyyətlərini uğur düsturundakı 5 lik də yer alan daxili İstəyi sayəsində əldə edənlərdəndi. O da öz məqsədinə çatmaq üçün daim üzərində işləyib, çalışıb, bir sözlə desək, özünü İnkişaf etdirib. Daxili İntizam məsələsini öz fəaliyyətində daim önə çəkən Gülayə Səfərova uğur qazanmağın yollarını bizimlə də bölüşdü.

Onunla söhbətə “Uğur sizinçün nədi?” – sualı ilə başladıq. “Uğur məqsədimin, arzumun müvəffəqiyyətli sonu, müsbət nəticəsidir” dedi. Həyatda hər bir kəsin özünəməxsus arzusu, məqsədi olur. İstədiyimiz və layiq olduğumuz həyatı yaşamaq üçün, ona çatmaq üçün zəhmət sərf etmək, səy göstərmək lazımdır. “Uğur 1%-i  istedaddırsa, 99% -i tərləməkdir” deyirlər. Uğura doğru getdiyin yolda dəfələrlə yıxılmağı, dəfələrlə zədələr almağı göz önünə gətirməlisən, buna hazır olmalısan, və heç zaman qorxmamalısan. Bu zaman cəsarət ön planda olmalıdı. Əks halda uğurdan söhbət gedə bilməz.

Uğuru bəzən şans, bəzən də Tanrının qisməti adlandırırlar. Həmsöhbətimin fikrinə görə, şans elə özü uğur qazanmaq imkanıdır. Hər hansı bir işin sonunun gözəl və nəticəsinin uğurlu olması üçün ilk olaraq səbir etməlisən. Səbir etmək hər bir uğurun, müvəffəqiyyətin ilk şərtidir. Gülayə xanım illərlə qazandığı uğurun sirlərini də bizimlə bölüşdü. “Uğuru əldə etməyimdə ailəmizin böyük rolu olub. Atamla anam ailə quranda atam yetim, kasıb oğlan, anam isə imkanlı ailənin qızı imiş. Anamı atamla evlənməsinə razı olmadıqlarına görə bir-birilərinə qoşulub qaçmalı olublar. Və söz verib, qarşılarına məqsəd qoyublar ki, öz övladlarına, yəni bizə layiq olduğumuz  həyatı yaşatsınlar. Həm oxuyub, həm işləyiblər. Ailədə 6 uşaq olmuşuq. Hamımızı oxutdurub, ali təhsil almağımıza şərait yaradıblar. Mən də uşaqlıqdan öyrəndim ki, hər uğurun kökündə zəhmət, səbr dayanır. Mənim bu günki uğurumun əsl səbəbkarları valideynlərim, onlardan aldığım örnək və bu uğura gedən yolda kifayət qədər səbirli ola bilməyimdi”.

“Öz bacarığı ilə uğur əldə edən insan dedikdə ilk ağlınıza kim gəlir? – sualına Gülayə Babayevanın cavabı belə oldu: “ Bayaq dediyim kimi uşaqlıqda bunu valideynlərimdə görmüşdüm və bir də uğur dedikdə ilk ağlıma gələn Ulu Öndərimiz Heydər Əliyev olur. Yadımdadı. Bir dəfə televiziyaların birində milliliderlə bağlı bir film göstərirdilər. O, danışırdı ki, “biz ailədə çox uşaq idik, kiçik bir evimiz var idi, hamımız lampa işığının ətrafına yığılıb dərs oxuyardıq”. Baxın, Ulu Öndərimiz  öz zəkası və zəhməti ilə kiçik bir evin çıraq işığından Azəbaycan kimi böyük bir məmləkətin işığını yandırdı”.

Sonda uğura gedən yolda Gülayə xanımın gənclərimizə tövsiyəsi də oldu. “Gənclərimizə demək istərdim ki, uğur insanın ayağına öz-özünə gəlmir, bunun üçün zəhmət çəkmək, tər tökmək və səbr etmək lazımdır. Əgər bunu bacarsalar uğur hər zaman onlarla olacaq. Hər kəsə uğura qənşər gəlməsini arzulayıram!”

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top