MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

economic.az_2018-05-18_11-43-20

Uğur qazanmağın yolları…

Məhluqə Qaramanlı (Rəhimova): “Dünya hamıya çatacaq qədər böyükdür. Ən yüksəkdə başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.. Onsuzda başqasının yerin tuta bilməyəcəksən, onun ağlı var ki, o yerdədi”.

Məhluqə Qaramanlı, Azərbaycanın, Göyçə Mahalının, Çəmbərək kənd (Krasnoselo) rayonu, Yanıqpəyə – (Meşəkənd) kəndində anadan olub. Ailəlidi. 2 övladı var. Hazırda “Əlil Qadınlar” Cəmiyyətinə sədrlik edir.

Məhluqə xanımın illər boyunca əldə etdiyi uğurları çox olub. Dəfələrlə Gənclər, İdman və Turizm Nazirliyi, Gənclər Təşkilatı Milli Şurasının fəxri fərmanları,  “Vətən Eşqi” Fəxri Fərman, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının “Azərbaycan Bayrağı” Media Mükafatı Lauriatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səmərəli Əməkdaşlığa görə diplomu və ödülü, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəxri fərmanı və sair digər bu kimi mükafatlarla təltif edilib.

Məhluqə xanım öz uğurlarına asanlıqıa nail olanlardan deyil. O əldə etdiklərini daxili İnam və İstəyi sayəsində qazandığını deyir. “İnsanlar təxminən 3-4 yaşlarından, yəni mənlik şüuru formalaşdıqdan sonra gələcəyə dair müxtəlif planlar qurur, özlərinə müəyyən hədəf qoyurlar. Bu, bəziləri üçün uğurlu karyera, bəziləri üçün varlı olmaq, hər yerdə tanınmaq, bəziləri üçün isə peşəkar sənətkar olmaqdır. Onlar bu məqsədlərinə çatmaq üçün müəyyən planlar qurur, vaxt, əmək sərfedirlər. Təsadüfi deyil ki, biz balaca uşaqgördükdə, ona verəcəyimiz 3 sualdan biri məhz “böyüyəndə nə olacaqsan” sualı olur. Deməli, biz gələcək planlarımızın məsuliyyətini elə uşaqlıq dövrümüzdən anlamağa başlayırıq. Bu planları həyata keçirmək üçün məktəbə, kurslara, kollecə, peşəli səylərinə və s. yerlərə gedib təhsil alır, bilik və bacarıqlara yiyələnirik. Yəni sırf həmin planlarımız həyata keçsin deyə, əlimizdən gələni edirik. Əgər biz uşaqlıq dövründən bəri nail olmağa çalışdığımız məqsədlərimizi həyata keçirmişiksə, biz artıq özümüzü uğurlu insan hesab edirik”.

Məhluqə xanım uğur əldə etməyin yollarını da bizimlə bölüşdü. “Mənə görə, planlaşdırılan işi görmüsənsə və öz arzunu artıq reallaşdırmısansa, deməli, uğura nail olmusan. Yəni biz insanların əsas uğuru gələcəyə dair qurduğumuz planları reallaşdıra bilməyimizdir. Ancaq bu böyük uğurlardır. Böyük uğurlara çatmaq üçün insanların çoxlu sayda kiçik uğurları olur. Məsələn, mən iqtisadçı olmaq istəyirəm. Buna görə kiçik uğurlarım olur. Dərslərimi yaxşı oxuyuram, universitetə daxil oluram, kurslarda iştirak edirəm, rezidentura və s. Nəhayət, mən böyük uğurum olan iqtisadçı olmağa layiqəm. Əgər mən istədiyimi əldə etmişəmsə, deməli bu, bir uğurdur”.
Xanım həmsöhbətimiz deyir ki, işinin peşəkarı olduqdan sonra istədiyin uğuru qazana bilərsən. Uğur hər kəsin fərqli yanaşdığı, ancaq ortaq nöqtə olaraq hamının çatmaq istədiyi bir zirvədir. Kimin üçünsə bu, çoxlu pul qazanmaq və ya kiminçünsə az maaşlı olmasına baxmayaraq ad, şöhrət, yaxud vəzifə ola bilər. Mənə görə əsas uğur maaşından və vəzifəsindən asılı olmayaraq məşğul olarkən zövq aldığım sosial sahədə işləməkdir. Çünki bir insan sevdiyi və etməkdən zövq aldığı işlə məşğuldursa, uğur mütləq özü ona gələcək. Yaxşı vəzifə də, yüksək gəlirli işdə işləsən belə, əgər gördüyün iş sənə maraqsızdırsa, deməli sən heç bir uğur qazanmamısan.

Uğur qazanmaq zəhmət və səbr tələb edir. “Uğur qazanmaq üçün öz üzərində işləyərək fikir və ideyalarını gerçəkləşdirməli, yeni hədəflər seçməli və bir nöqtədə uzun müddət dayanıb qalmamlısan. Hesab edirəm ki, əgər insan daima gələcək üçün öz qarşısına yeni məqsədlər qoyursa, bunun üçün çalşırsa, uğura tez bir zamanda çata bilər.

Uğur əslində çox asan, eyni zamanda da qazanılması zəhmət və səbr tələb edən bir hədəfdir. Bununla yanaşı, öz işinin peşəkarı olmaq həm də cəmiyyət üçün faydalı olmaq deməkdir. Birinin uğurlu hesab etdiyi iş başqası üçün darıxdırıcı, hətta bəsit görünə bilər. Önəmli olan isə insanın özünün nə istədiyi və məşğul olmaqdan zövq aldığı, daha yaxşı bacardığı işi seçməsidir” . Uğur qazanmaq üçün bunları nəzərə almalıyıq.

Yüzlərlə kilometrlik bir yol da çox kiçik bir addımla başlayır.Vəs ən qorxma addım at. Həyat hərəkət deməkdir, su da axmayanda pis qoxuyur. Gördüyün çətinliklərin böyüklüyünə qətiyyən inanma. “Görmək inanmaqdir, inanmaqsa aldanmaqdir” Mən də bu devizi həmişə üstün tutmuşam. Özündən başqa heçkəsə 100% güvənmə. Ən azından gətirilən bu statı hərdən siz də xatırlayın –  “Allahim, məni doslardan qoru, düşmənlərlə özüm bacararam” (Volter)
Məhluqə Qaramanlı deyir ki, bütün bunlarla yanaşı uğur qazanmaq üçün 2 əsas şərti özünə deviz seçib:

1.Öz ağlımla faydalanmaq
2.Başqalarının ağılsizliğından faydalanmaq
“Qələbə əldə etmək üçün bütün varlığımla çalışmışam”.
müsahibim deyir ki, röyaları reallaşdırmağın ən yaxşı yolu oyanmaqdır. “Sən hələ də yatirsan? Əmin ol ki, səni, sənin uğur qazanmağını istəyən bir adam oyatmayacaq. Özün oyan! Və vaxtını itirmədən hərəkətə keç! Vaxtı geri qaytarmaq haqqinda fikirləşməyin özü də vaxt itkisidi. Boş zaman yoxdur, boşa keçmiş zaman var. Çalışmaq həyat, düşünmək işıqdır. Düşünərək çalışmaq işıqlı həyatdır”.
“Öz bacarığı ilə uğur əldə edən insan dedikdə ilk ağılınıza kim gəlir?”- Lütfü Zadə: “Mən çoxlu istedadlı adam görmüşəm ki, inadkarlığı çatışmadığından uğura nail ola bilməyib”. Uğur əldə etməyə çalışan hər kəs öz üzərində işləməli, məqsədinə doğru düz getməlidir. Ancaq o zaman mütləq uğur, müvəffəqiyyət qazanacaq.

Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı, professor Lütfü Zadənin uğur formulunda başlıca yeri inadkarlıq və məqsədə yönəlmə tutur. Onun qənaətinə görə, insan başladığı işi sona çatdıracaq qədər inadcıl olmalıdır. Bu barədə azərbaycanlı alim özü “UĞUR KİTABI” üçün verdiyi müsahibədə deyib. Heçvaxt özünü başqalarından üstün hesab etmədiyini vurğulayan professor hətta varlı və ya cəmiyyətdə nüfuzlu olmağa belə maraq göstərməyib. Sahib olduğu hörmətə və şöhrətə, əsasən, öz işinə dərin maraq sayəsində nail olub.

Məhluqə xanımın gənclərə tövsiyəsi isə belə oldu “İndiki gənclər adətən çox tez ruhdan düşür. Başladığı işin öhdəsindən gəlməyə çalışmırlar. Mənim gənclərə tövsiyyəm; Uğurlu biri olmaq üçün inadcıl olmaq lazımdır: “Mən uğursuzluqdan ruhdan düşməməyi öyrənmişəm. Mən işim pis dəyərləndiriləndə inciməməyi öyrənmişəm. Mənim bir faydalı məsləhətim var. Əgər kimsə sizə sərsəm olduğunuzu söyləyirsə, ona bu sözləri tərif kimi qəbul etdiyinizi deyin. Elələri var ki, hər adamın hansısa bir istedada malik olduğuna inanır. İstedadı, vergini uğura çevirmək üçün inadkarolmaq lazımdır. Qibtə etmək insan təbiətinin bir hissəsi olsa da, özümü necə hiss etməyimdən asılı olmayaraq uğura nail olmuş adamı təbrik etməyi həmişə özümə borc bilmişəm”.

Hər bir şəxs uğur qazanmaq üçün aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: Həyatda uğur qazanmaq, nəyəsə nail olmaqüçün ilk növbədə məqsədimiz aydın olmalı və irəliyə getmək üçün bu stimul bizi idarə etməlidir. Uğurlu olmaq istəyən şəxslər məqsəd və istəklərini dərhal yaxınlara və dostlara deməyə tələsməməlidir. Öncə bunu reallığa çevirib, daha sonra uğurunu onlarla bölüşməlidir. Bir məqsəd və istəyinə nail olub dayanmamalı, qarşısına yeni-yeni “zirvələri” fəth etmək məqsədi qoymalıdır.

Elə insanlar var ki, etdiyi işdən maksimum zövq ala bilirlər, onların əhval-ruhiyyəsi həmişə yerində olur, çox xeyirxah və gülərüz insan təsiri bağışlayırlar. Məhz belə formada işləyib uğur qazanmaq mümkündür. Pessimist, həyatda heç bir şeyə nail olmayan insan planların alt-üst olacağını deyib mənfi fikirlər söyləyəcək. Uğur əldə etmək üçün belə insanlardan uzaq olmaq lazımdır.

Mənbə: “5İ uğur düsturu” kitabı.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top