MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

futbol

UEFA Çempionlar Liqasının sonuncu turun nəticələri

Dekabrın 7-də futbol üzrə UEFA Çempionlar Liqasının sonuncu – 6-cı turun oyunlarına start verilib.

B qrupunda səkkizdəbir finala yüksəlməsi dəqiqləşən İngiltərənin “Liverpul” klubu İtaliyada “Milan” üzərində əzmkar qələbə qazanıb – 1:2. Qrupun digər oyununda Portuqaliyanın “Portu” komandası evdə İspaniyanın “Atletiko Madrid” klubuna uduzub – 1:3. Bu nəticələrdən sonra Madrid klubu növbəti mərhələyə, Porto şəhərinin eyniadlı təmsilçisi UEFA Avropa Liqasının pley-offuna vəsiqə qazanıb. “Milan” isə avrokuboklarla vidalaşıb.

C qrupunda Türkiyənin “Beşiktaş” klubu Almaniyada “Borussiya”ya böyük hesabla uduzub – 0:5.

Digər görüşdə isə qrup qalibi olan Niderlandın “Ayaks” klubu Portuqaliyanın “Sportinq” koamndasını üstələyib – 4:2.

A qrupunda “Paris Sen-Jermen” Fransada Belçikanın “Brügge” klubunu darmadağın edib – 4:1. Meydan sahiblərinin heyətində Kilian Mbappe və Lionel Messi dubl müəllifi olublar. Digər görüşdə isə İngiltərənin “Mançester Siti” klubu Almaniyada “Leyptsiq”in qonağı olub. Oyun Bundesliqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da A qrupunda mübarizəyə yekun vurulub. “Mançester Siti” qrupda ilk, “Paris Sen-Jermen” isə ikinci pilləni daha əvvəl təmin etdiyindən səkkizdəbir finala adlayıblar. “Leyptsiq” isə 3-cü yeri tutaraq, UEFA Avropa Liqasının pley-offunda oynamaq hüququ əldə edib.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

“Paris Sen-Jermen” (Fransa) – “Brügge” (Belçika) – 4:1;

“Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 2:1.

Qrupdakı vəziyyət: “Mançester Siti” – 12, “Paris Sen-Jermen” – 11, “Leyptsiq” – 7, “Brügge” – 4.

B qrupu

“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) – 1:2;

“Portu” (Portuqaliya) – “Atletiko Madrid” (İspaniya) – 1:3.

Qrupdakı vəziyyət: “Liverpul” – 18, Atletiko Madrid” – 7, “Portu” – 5, “Milan” – 4.

C qrupu

“Borussiya Dortmund” (Almaniya) – “Beşiktaş” (Türkiyə) – 5:0;

“Ayaks” (Niderland) – “Sportinq” (Portuqaliya) – 4:2.

Qrupdakı vəziyyət: “Ayaks” – 18, “Sportinq” – 9, “Borussiya Dortmund” – 9, “Beşiktaş” – 0.

D qrupu

“Real Madrid” (İspaniya) – “İnter” (İtaliya) – 2:0;

“Şaxtyor Donetsk” (Ukrayna) – “Şerif” (Moldova) – 1:1.

Qrupdakı vəziyyət: “Real Madrid” – 15, “İnter” – 10, “Şerif” – 7, “Şaxtyor” – 2.

Qeyd edək ki, indiyədək “Mançester Siti”, “Paris Sen-Jermen”, “Liverpul”, “Ayaks”, “Sportinq”, “Real Madrid” və “İnter”lə yanaşı, Almaniyanın “Bavariya”, İtaliyanın “Yuventus”, İngiltərənin “Mançester Yunayted” və “Çelsi” klubları vaxtından əvvəl səkkizdəbir finala yüksəliblər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top