
Uduş məbləği milyon dollar olan lotereya bileti satılıb
“Mega Millions” lotereya şirkətinin nümayəndələri çərşənbə günü bildiriblər ki, uduş məbləği 410 milyon dollar olan yeganə lotereya bileti Arizona ştatındakı Feniks şəhərinin yaxınlığında bir mağazada satılıb.
Ştatın lotereya nümayəndəsi Con Gillelandın sözlərinə görə, cekpot 30 il ərzində hissələrlə və ya birdəfəlik ödənilə bilər. Sonuncu halda ödəniş məbləği 316,8 milyon dollar olacaq. Uduş nömrələri 1, 5, 9, 10 və 23, “Mega Ball” nömrəsi isə 22 olub.
Arizona ştatında 2019-cu ildə qəbul edilmiş qanuna görə, cekpotun qalibi həmişəlik anonim qala bilər. Qanuna əsasən uduş məbləği 100.000 dollar və daha çox olan lotereyanın qalibləri 90 gün ərzində avtomatik olaraq anonim qalır, lakin onlar həmişəlik anonim qalmaq hüququna malikdir.
Daimi anonimlik barədə müddəa keçən il qəbul edilib. (AZƏRTAC)
BƏNZƏR MƏQALƏLƏR
Bu şəxslər “WhatsApp” istifadə edə bilməyəcəklər
“WhatsApp” tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları “Facebook”-da paylaşmaq üçün icazə […]
Azərbaycanda ÜDM 4,5 faiz artacaq
2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir. Economic.az xəbər verir ki, bu […]
Bu gün “OPEC+” nazirlərinin toplantısı keçiriləcək
Yanvarın 4-də OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü baş tutacaq. Economic.az AZƏRTAC-a istinadən […]