MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Ucar -qaz verildi

Ucarın Çiyni kəndinə ilk dəfə təbii qaz verilmişdir

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.Aprelin 8-də Ucar rayonunun Çiyni kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Bildirilmişdir ki, 92 abonenti olan kəndin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 14 816 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə olunmuş, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top