Ucarda “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ucarda “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

Ucarda “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ucar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb.

Qayda pozuntusuna yol verən sürücülər barəsində inzibati tənbeh tədbiri görülüb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top