
Üç ayda Azərbaycandakı mehmanxanalar 73,1 milyon manat qazanıb
Cari ilin ilk rübündə ölkə üzrə mehmanxanaların gəlirləri 73,1 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bunun 64,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,5 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 4,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 20 faiz təşkil edib. Bu göstərici Naftalanda 52 faiz, Bakıda 32,1 faiz, Qusarda 24,2 faiz, Qəbələdə 22,9 faiz, Qubada 21,7 faiz, Naxçıvan Muxtar Respublikasında 9,1 faiz, Lənkəranda 7,6 faiz, Şəkidə 6,5 faiz, Şamaxıda 4,2 faiz, Gəncədə 2,8 faiz, Qaxda 2,5 faiz, digər şəhər və rayonlarda isə 2,5 faizdən aşağı olub.
BƏNZƏR MƏQALƏLƏR
Cənub turizm dəhlizi üzrə Lənkəran-Astara regional xəritəsi hazırlanıb
Тело сообщения Əgər e-məktub düzgün görünmürsə, buraya klik edin. Cənub turizm dəhlizi üzrə Lənkəran-Astara regional xəritəsi hazırlanıb […]
Aqroturizmin inkişaf etdirilməsi üçün bələdçi kitabı hazırlanıb
Dövlət Turizm Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlığı çərçivəsində kənd təsərrüfatı və turizm […]
Florian Zenqstşmid: “Hindistan Azərbaycan turizmi üçün vacib bazardır”
“Hindistan Azərbaycan turizmi üçün vacib bazardır”. Bunu avqustun 21-də Azərbaycan və Hindistanın 30-a yaxın turizm […]