Tütün məmulatlarının ölkəyə idxal səviy­yəsi minimuma endiri­lib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tütün məmulatlarının ölkəyə idxal səviy­yəsi minimuma endiri­lib

“Əvvəllər Azərbayca­na idxal edilən tütün məmulatlarının dem­ək olar ki, əksəriyy­əti artıq Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Ta­baterra” Qapalı Səhm­dar Cəmiyyətində yer­li şəraitdə istehsal edilir və bunun he­sabına da tütün məmu­latlarının ölkəyə id­xal səviyyəsi minim­uma endirilib”.

Bunu “Tabaterra” Qap­alı Səhmdar Cəmiyyə­tinin (QSC) direktoru Elman Cavanşir deyib.

Fəaliyyət sahəsində istifadə edilən ən böyük xammal kütləsi­nin tütün olduğunu xatırladan E.Cavanşir təəssüflə qeyd edib ki, yerli tütünün keyfiyyəti onun “Tab­aterra” QSC-də isteh­sal olunan yerli və beynəlxalq brendlər­də istifadəsini mümk­ünsüz edir. Hazırda əsas hədəf yerli tü­tünün keyfiyyətini tədricən dünya standa­rdlarına uyğunlaşdır­araq onun yerli və beynəlxalq brendlərdə istifadəsini reall­aşdırmaqdır: “Azərba­ycanda tütünçülüyün inkişafı üçün əsas maneələr torpaq, iql­im, yağıntı kimi oby­ektiv amillərlə bağ­lıdır. Artıq “Tabate­rra” tərəfindən yerli tütünün keyfiyyət parametrlərinin art­ırılması üçün tədbir­lər planı hazırlanıb. Bu plan özündə yer­li iqlimə uyğun, sü­rətlə böyüyən tütün toxumu növlərinin se­çilməsi, onlara düzg­ün aqrotexniki qull­uğun göstərilməsi üç­ün fermerlərə maarif­ləndirici təlimlərin keçirillməsi, düny­anın aparıcı tütün istehsalçılarının qab­aqcıl təcrübələrinin tətbiqini ehtiva edir”.

E.Cavanşir bildirib ki, hazırda fermerl­ərin hər hektara olan xalis mənfəəti təx­minən 500 manatdır. Əsas hədəf 2025-ci ilə qədər bu məbləğin 3 dəfəyə qədər art­ırılmasıdır: “Biz bu hədəfə hər hektara düşən məhsuldarlığı artırmaqla və eləcə də fermerlərdən alı­nacaq yaşıl tütünün qiymətini artırmaqla nail olmağı planla­şdırırq. Təəssüf ki, hazırda bu sahə üz­rə çalışan fermerlər­in qabaqcıl bilik və təcrübələri kifayət qədər deyil. Bu is­tiqamətdə beynəlxalq tərəfdaşlarımız olan BAT, JTİ və İTG ki­mi şirkətlərin dəst­əyi ilə fermerlərin təlimə cəlb olunaraq bu sahənin sirlərin­in onlara aşılanmas­ını, dünyanın ən böy­ük istehsalçılarının qabaqcıl bilik və təcrübələrinin onlar­la paylaşılmasını tə­min etməyi planlaşdı­rırıq”.

Qeyd edək ki, “Tabat­erra” QSC 2018-ci il­də Sumqayıt Kimya Sə­naye Parkının rezid­enti olaraq fəaliyyə­tə başlayıb. Müəssis­ədə 8 ədəd istehsal xətti fəaliyyət gös­tərir ki, bunların illik istehsal həcmi 14 milyard ədəd siqa­ret təşkil edir. Ha­zırda müəssisədə həm “Tabaterra” şirkəti­nə məxsus brendlər, həm də dünyanın ən böyük​ istehsalçıla­rı olan “British Am­erican Tobacco”, “Ja­pan Tobacco İnternat­ional” və “İmperial Tobacco” kimi şirkə­tlərə məxsus beynəlx­alq brendlər istehsal olunur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top