MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Milli Meclis -ekonomik.az

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun birinci oxunuşda qəbul olunub

Xəbər

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun birinci oxunuşda qəbul olunub

15:04 14-04-2017

 Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. H. Rəcəbli qeyd edib ki, layihənin hazırlanması sosial tələbatdan irəli gəlir: “Azərbaycanda son illər qadınların siqaretə marağı artaraq 1 faizi keçib. Kişilərin 67,5 qadınların 52,5 faizi tütünün təsirindən əziyyət çəkir. Dözülməz hal da odur ki, bunun nəticəsi narkotik aludəçiliyinə gətirib çıxarır. Bu məsələlər də cəmiyyətin narazılığına səbəb olur. Sevindirici haldır ki, layihə son günlər mətbuatda müzakirəyə çıxarılıb və cəmiyyət tərəfindən dəstəklənib”.

Komitə sədri deyib ki, Azərbaycanın tütün məhsullarına xaricdə maraq çoxalıb və layihənin qəbulu tütünün istehsalının heç də azaltmayacaq.

Qanun layihəsində ölkədə tütündən (siqaretdən) istifadənin qadağan olunduğu yerlər, tütün əleyhinə tədbirlər və sair bu kimi məsələlər yer alıb.

Qanun layihəsi 17 maddə 3 Fəsildən ibarətdir.

 

Layihə səsə qoyularaq, birinci oxunuşda qəbul olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top