
“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner qatarı yola düşüb
ECONOMİC: “TURKUAZ” layihəsi çərçivəsində ilk ekspress konteyner blok qatarı Türkiyədən yola düşüb.
“ADY Konteyner” MMC-dən bildirilib ki, qatar hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarətdir. Paysan stansiyasından yola çıxan qatarın yükü bitki mənşəli heyvan yemidir.
“TURKUAZ” “ADY Konteyner”in Türkiyə və Gürcüstandan olan tərəfdaşları ilə birgə hazırladığı yeni logistik məhsuldur.
Ekspress konteyner qatarı həftədə iki dəfə olmaqla İstanbul və Mersin şəhərlərindən Bakıya və əks istiqamətdə yükdaşımalar həyata keçirəcək.
Layihə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcminin artmasına da xidmət edəcək.
BƏNZƏR MƏQALƏLƏR
Su problemlərinin innovativ həllinə istiqamətlənən layihəyə start verildi
ECONOMİC: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan […]
Dövlət Gömrük Komitəsi “Ticarət Statistika Portalı”nı təqdim edib
“Dövlət Gömrük Komitəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin […]
Qala-Pirallahı avtomobil yolunda yerüstü piyada keçidi inşa edilib.
Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi inşa edilib. Economic-in məlumatına görə, […]