Türkiyənin XİN rəhbəri sabah Rusiyaya səfər edəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyənin XİN rəhbəri sabah Rusiyaya səfər edəcək

İstanbul, 9 iyun, Günel Karatepe, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 10-da Rusiyaya səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata əsasən, Türkiyənin XİN başçısı səfər çərçivəsində Moskvada təkbətək görüşlər keçirəcək.

Sonra Hakan Fidan iyunun 11-də Nijni Novqorodda keçiriləcək Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın (BRİKS) xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top