Türkiyənin səfiri Erkan Özoral ASK-nın prezidenti Məmməd Musayevlə görüşüb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyənin səfiri Erkan Özoral ASK-nın prezidenti Məmməd Musayevlə görüşüb

Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Erkan Özoral Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev   ilə görüşüb.  Görüşdə iki ölkə arasında iqtisadi əlaqələr, özəl sektorun  hazırkı vəziyyəti,  investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf  perspektivləri və s. kimi məsələlər müzakirə edilib.

Səfir təyin olunması münasibəti ilə Erkan Özoralı təbrik edən  Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  Məmməd Musayev  Azərbaycan-Türkiyə arasındakı iqtisadi əməkdaşlığın  yüksək səviyyədə olduğunu qeyd edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının həyata keçirdiyi layihələr, əməkdaşlıq etdiyi təşkilatlar  haqqında   məlumat verib. Ölkəmizdə kifayət qədər tanınmış Türkiyə şirkətlərinin fəaliyyət göstərdiyini deyən  M.Musayev iki ölkənin iş adamlarını üçüncü ölkələrə çıxmaq potensialının böyük olduğunu səfirin diqqətinə çatdırıb. M.Musayev bundan sonra iki ölkə arasında  aqrar, turizm  sektorunun inkişafı istiqamətində əməkdaşlığın vacibliyinə də diqqət çəkib.

Azərbaycan-Türkiyə  sahibkarları arasında gələcəkdə digər ölkələrlə əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr   səfirin marağına səbəb olub.

Erkan Özoral iki ölkə arasındakı mövcud  iqtisadi münasibətlərin bundan sonra da inkişaf etdirilməsində də maraqlı olduqlarını ifadə edib. Səfir  gələcəkdə iqtisadi islahatların həyata keçirilməsində, özəl sektorun inkişafı istiqamətində  Türkiyə  təcrübəsindən yararlanmağı tövsiyyə edib. Bununla bağlı müvafiq köməklik göstərəcəyinə dair də   vəd verib.

Daha sonra iki ölkənin özəl sektoru arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə dair  razılığa gəlinib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top