MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

turkiye-kayseri-erciyes-universitet (4)

Türkiyənin Kayseri şəhərində salınan Xocalı parkının təşəbbüskarı fəxri ada layiq görülüb – FOTO

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Xarici Əlaqələr Departamentinin rəhbəri, İctimai-siyasi xadim Nəcəf Qənbərov Türkiyənin Ərciyəz Universitetinin “Fəxri tələbə” adına layiq görülüb.
“Economic”ə verilən məlumata görə, təəssüratlarını mətbuatla bölüşən N.Qənbərov bildirib ki, Türkiyə universitetləri tarixində ilk dəfə bu ada layiq görüldüyü üçün çox sevinclidir:
“Oktyabr ayı həyatımda ən qürurverici gün oldu. 2015-ci ildə məzunu olduğum Ərciyəz Universitetindən Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına göstərdiyim dəstəyə və bu ali təhsil ocağına verdiyim töhfələrə görə universitetin rektoru professor Mustafa Çelik tərəfindən mənim şəxsimə təqdim edilən “Fəxri tələbə” adı universitət idarə heyəti tərəfindən qəbul olunub. Türkiyə universitetləri tarixində ilk dəfə və dünyada barmaqla sayılacaq qədər az olan bu ad mənə təqdim olunub. Bu səbəbdən Türkiyə və Azərbaycan tarixində ilk olduğum üçün sevincim böyükdür!”
Məlumat üçün bildirək ki, Ərciyəz Universiteti dünyanın 500 ən yaxşı universitetləri siyahısında yer alıb. Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğana da bu ilin 13 oktyabr tarixində Ərciyəz Universitetinin “Fəxri Doktor” adı təqdim olunub. Əvvəllər də universitetinin fəxri adına Türkiyə Cümhuriyyətinin eks prezidentləri Süleyman Dəmirəl, Abdullah Gül, KKTC-nin prezidenti Rauf Denktaş və bir sıra dövlət rəhbərləri də layiq görülüblər.
Qeyd edək ki, Nəcəf Qənbərov 2013-cə ildə Xocalı parkının salınmasının təşəbbüskarı olub və oktyabrın 20-də Heydər Əliyev Fondu sayəsində Türkiyənin Kayseri şəhərində Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Bu tarixi tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, professor Əli Həsənov, millət vəkilləri Şəmsəddin Hacıyev, Elman Məmmədov, həmçinin Türkiyənin AK Partiyasından millət vəkili Şamil Ayrım, Ərciyəz Universitetinin rektoru, professor Mustafa Çalış, Rusiya Dövlət Dumasının təmsilçisi Ramin Qasımov, bu ölkədən olan deputatlar – Oksana Puşkina, İrina Rodnina, Dmitriy Savelyev, İrek Zinnurov, Sergey Marinin, Tatyana Tibizova, Elena Strokova, DAMM-nin 1-ci vitse Prezidenti Rasim Məmmədov, DAMM-nin vitse prezidenti Hacı Quliyev və eləcə də DAMM-nin xarici əlaqələr şöbəsinin rəhbəri Nəcəf Qənbərovun, “Təzadlar” qəzetinin baş redaktoru, İNK-nin sədr müavini Asif Mərzili, İNK-nin sədr müavini, sahibkar Nazim Tahirovun və digər tanınmış şəxslər iştirak ediblər.
Onu da qeyd edək ki, Nəcəf Qənbərov vaxtilə Türkiyənin Kayseri şəhərindəki universitetdə təhsil alıb və o vaxtdan bu şəhərdə 2 hektar sahədə Xocalı parkının salınmasının təşəbbüskarı olub. Parkda Xocalıda öldürülmüş dinc əhalinin sayı qədər ağac əkilməsinə nail olub. Xocalı soyqırımı abidəsi həmin park da daxil olmaqla böyük bir xiyabanı əhatə edir.

Fuad Mədətov

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top