Türkiyənin Azərbaycandakı səfiri SOCAR-da olmuşdur - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyənin Azərbaycandakı səfiri SOCAR-da olmuşdur

Fevralın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul etmişdir.Qonağı səmimi salamlayan SOCAR prezidenti iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırmış, Türkiyə şirkətlərinin Azərbaycanda həyata keçirilən enerji layhələrində iştirakının, habelə SOCAR-ın Türkiyədə reallaşdırdığı investisiya layihələrinin hər iki ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Görüşdə Avropanın enerji təhlükəsizliyi istiqamətində həyata keçirilən enerji layihələrində Türkiyənin tranzit ölkə kimi rolu, xüsusilə TANAP layihəsinin icrasının bu baxımdan əhəmiyyəti qeyd edilmişdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top