Türkiyədə yük maşını avtomobillə toqquşub, 8 nəfər xəsarət alıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyədə yük maşını avtomobillə toqquşub, 8 nəfər xəsarət alıb

Bakı, 7 iyun, AZƏRTAC

Türkiyənin Bursa şəhərində yol-nəqliyyat hadisəsi olub.

AZƏRTAC “TRT Haber”ə istinadən xəbər verir ki, qəza Nilüfer mahalında qeydə alınıb.

İşıqforun qadağanedici işığında hərəkət edən yük maşını işçiləri daşıyan avtomobillə toqquşub.

Hadisə yerinə çox sayda həkim, xilasetmə və polis qrupları cəlb edilib.

Qəzada xəsarət alan səkkiz nəfər xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top