Türkiyədə taksi sürücüləri üçün təhlükə xəbərdarlığı düyməsi tətbiq edilir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyədə taksi sürücüləri üçün təhlükə xəbərdarlığı düyməsi tətbiq edilir

Ankara, 23 iyun, AZƏRTAC

Türkiyədə taksi sürücülərinə qarşı hücumların artması fonunda təhlükə xəbərdarlığı düymələrinin tətbiqinə başlanılıb. Onların vasitəsilə hadisə yerinə operativ şəkildə yaxınlıqdakı polis və ya jandarm qüvvələri, eləcə də bələdiyyə əməkdaşları gəlir.

AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə layihə iyun ayından başlayaraq böyük şəhərlərdə həyata keçirilir.

Sərnişin tərəfindən hər hansı təcavüz, təhdid və ya soyğunçuluğa cəhd olarsa, sürücü TAKSİ SOS düyməsini basaraq, polis, jandarmeriya və bələdiyyəni məlumatlandırmış olur.

Təhlükə siqnalı avtomobilin damında quraşdırılmış taksi lövhəsində də görünür.

Yaxın vaxtlarda təhlükə xəbərdarlığı sistemi İstanbulun bütün taksilərində tətbiq ediləcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top