Türkiyədə son dörd gündə yol qəzalarında 26 nəfər həyatını itirib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyədə son dörd gündə yol qəzalarında 26 nəfər həyatını itirib

Türkiyədə son dörd gündə yol qəzalarında 26 nəfər həyatını itirib

İstanbul, 10 aprel, Günel Karatepe, AZƏRTAC

Ramazan bayramı münasibətilə Türkiyədə tətbiq edilən tətilin ilk 4 günündə ölkə üzrə 2 min 453 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində 26 nəfər həyatını itirib, 3 min 870 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Ölkənin təhlükəsizlik qüvvələri tərəfindən yollarda 24 saat yoxlama aparıldığını qeyd edən nazir son dörd gündə 431 min 871 avtomobilin texniki baxışa cəlb olunduğunu, 24 min 432 nəqliyyat vasitəsində sürət və radar problemlərinin araşdırıldığını, 38 min 425 avtomobilin isə digər yoxlamalardan keçirildiyini deyib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top