Türkiyədə işlənib hazırlanmış “Türksat 6A” ilk telekommunikasiya peyki ABŞ-a göndəriləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyədə işlənib hazırlanmış “Türksat 6A” ilk telekommunikasiya peyki ABŞ-a göndəriləcək

Ankara, 4 iyun, AZƏRTAC

Türkiyədə işlənib hazırlanmış “Türksat 6A” ilk telekommunikasiya peyki Yer kürəsinin geostasionar orbitinə buraxılması məqsədilə iyunun 4-də ABŞ-a göndəriləcək.

AZƏRTAC xəbər verir ki, TÜBİTAK UZAY-ın mütəxəssisləri tərəfindən işlənib hazırlanmış peyk ASELSAN, TUSAŞ və C2TECH şirkətlərindən olan mühəndislərin də iştirakı ilə gələn ay Florida ştatının Kanaveral burnundan buraxılacaq.

“Türksat 6A”nın bu gün Ankaradan göndərilməsi nəzərdə tutulan mərasimində Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu və sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır iştirak edəcək.

Türkiyə peykinin buraxılma tarixi cari ilin iyulun 8-i 15-i aralığında müəyyən edilib.

Çəkisi 4 ton 250 kiloqram olan “Türksat 6A” 42 dərəcə şərq uzunluğunda yerləşdiriləcək. Yeni peykin əhatə dairəsi Orbitdə olanlardan daha genişdir, bu da xidmətləri həmçinin Hindistan, Tailand, Malayziya və İndoneziyada da təqdim etməyə imkan verəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top