
Türkiyədə bəzi məhsullara görə ƏDV azaldılacaq
Türkiyədə bir sıra mallar, o cümlədən şəxsi qulluq məhsulları və tibbi avadanlıqlar üzrə əlavə dəyər vergisi (ƏDV) azaldılacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tviter hesabında məlumat verib.
“Biz yuyucu vasitələr, sabunlar, tualet kağızı, salfetlər və uşaq bezləri kimi malların ƏDV-ni 18 fazidən 8 faziə endirmək qərarına gəldik”, – deyə R.T.Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti, həmçinin bildirib ki, tibbi avadanlıqlara görə ƏDV 18 faizdən 8 faizə endiriləcək. Yaxtaların, qayıqların və kruiz gəmilərinin satışında ƏDV dərəcəsi 1 faizdən 18 faizə qaldırıldı. R.T.Ərdoğan onu da vurğulayıb ki, bütün iaşə xidmətləri üçün ƏDV dərəcəsi 18 faizdən 8 faizə endirilib. Azertag
BƏNZƏR MƏQALƏLƏR
Türkiyə 42 milyon turist qəbul etmək istəyir
Türkiyə bu il 42 milyon turist qəbul etməyi planlaşdırır. Belə olacağı təqdirdə turizm gəlirlərinin 35 […]
“Google” xəbərlər üçün saytlara pul ödəyəcək
“Google” Almaniya, Fransa və Aİ-nin digər dörd ölkəsindəki 300-dən çox yayımçıya xəbərlərə görə ödənişlər etmək […]
Bu avtomobil şirkəti istehsalı dayandırır
“Volvo Cars” avtomobil şirkəti İsveçdəki Torslanda zavodunda istehsalı dayandırır. İstehsalın dayandırılmasına komponentlərin çatışmazlığı səbəb olub. […]