MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Turkiye

Türkiyədə 6.3 bal gücündə ZƏLZƏLƏ — Ölənlər və yaralananlar var

Muğla sahillərində gecə saatlarında baş verən yeraltı təkanların gücü 6.3 bal olub. Zəlzələ bir çox şəhərdə hiss edilib. Kos adasında iki nəfər həlak olub.

Dərinliyi 10 km olan zəlzələ ocağı dənizdə olub. Kandillidə 6.2 bal gücündə hiss edilən zəlzələ ocağı 5 km dərinlikdə olub. 100 nəfərdən çox vətəndaş xəsarət alıb.

Yunan tərəfi isə zəlzələnin 6.6 bal gücündə olduğunu bildirib. ABŞ geoloji araşdırmalar qurumu isə zəlzələ ocağının Bodrum ətrafı olduğunu bildirib və rixter şkalası üzrə 6.7 bal gücündə olduğunu qeyd edib.

Balkondan tullanan, çölə çıxmağa cəhd edəndə xəsarət alanlar Bodrum dövlət xəstəxanasına yerləşdirilib. Həkimlər xəstəxananın həyətində yaralılara ilkin tibbi yardım göstəriblər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top