Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

Ankara, 1 iyul, AZƏRTAC

“Müasir cəmiyyətdə miqrantlara qarşı ksenofobiya və nifrətin qızışdırılması yolverilməzdir”..

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının funksionerlərinə müraciət edərkən bildirib.

Dövlət başçısı siyasi məqsədlərlə ksenofobiya kartının oynanılmasını “zəiflik” adlandırıb.

“Heç kimin qısamüddətli siyasi dividendlər və populizm adı ilə cəmiyyəti parçalamağa haqqı yoxdur. Barbarlıq və vandalizm qəbuledilməzdir”, – deyə Türkiyə lideri bildirib.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türkiyənin hakim partiyası populizm mövqeyindən çıxış etməyib və heç vaxt etməyəcək.

“Türkiyənin sabitliyini pozmaq, inkişafını dayandırmaq, onu geriyə atmaq cəhdləri uğurlu olmayacaq”, – deyə Prezident əmin edib.

 

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top