Türkiyə müdafiə naziri: Terrorçuların regionda istənilən planlarını məhv edəcəyik
Ankara, 11 iyun, AZƏRTAC
Türkiyə cənub sərhədlərinin yaxınlığında terror təşkilatlarının nəzarət etdiyi zonanın yaradılmasına dair planların reallaşdırılmasına yol verməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler hərbi hissə komandirlərinin iştirakı ilə keçirilən müşavirədə bildirib.
Nazirin sözlərinə görə, Türkiyənin yerləşdiyi regionda, xüsusən də Suriya ərazisində istənilən problemlər yalnız Ankaranın mövqeyi nəzərə alınmaqla tənzimlənə bilər və tənzimlənməlidir.
“Biz regionda reallıqların dəyişdirilməsi, o cümlədən Suriya ərazisində terrorçuların kvazi-dövlət qurumunun yaradılmasında növbəti mərhələ kimi psevdoseçkilərin təşkili cəhdlərini qətiyyətlə əleyhinəyik. Ankara terrorçuların regionda istənilən planlarını məhv edəcək”, – deyə Güler vurğulayıb.
Müdafiə naziri qeyd edib ki, Türkiyəyə bitişik bölgələrdə vəziyyət haqqında kəşfiyyat məlumatları bildirməyə əsas verir ki, terror təşkilatları yaraqlılarının sıraları seyrəkləşir.
“Bu, Türkiyə Hərbi Qüvvələrinin uğurlu antiterror əməliyyatlarının nəticəsidir. Yaraqlılar üçün yeganə çıxış yolu – silahı yerə qoyub Türkiyə ədalət mühakiməsinə təslim olmaqdır”, – deyə nazir vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
İqlimşünas: Rusiya ərazisi qlobal istiləşməyə iki dəfə daha çox məruz qalır
Bakı, 18 iyul, AZƏRTAC Rusiyanın aparıcı iqlimşünas aliminin fikrincə, iqlim dəyişikliyi Rusiyaya əhəmiyyətli dərəcədə təsir […]
-
Çində leysan səbəbindən 200-dən çox qatar səfəri ləğv edilib
Pekin, 18 iyul, AZƏRTAC Çinin Hınan əyalətində şiddətli yağışların yaratdığı sel, daşqın, torpaq sürüşməsi və […]
-
Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb
Pekin, 18 iyul, AZƏRTAC Çinin Siçuan əyalətinin Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verən […]