MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

14931865534887327735_367x266

“Turkish Airlines” də Bakı Şopinq Festivalı ilə əməkdaşlığa başladı

Bakı Şopinq Festivalı ilə əməkdaşlıq edən şirkətlərin sayı durmadan artır. Bu isə yekun nəticədə alıcılar üçün yeni güzəşt və fürsətlər yaradır. Artıq Türk Hava Yolları şirkəti – “Turkish Airlines” da Bakı Şopinq Festivalı üçün xüsusi kampaniyaya start verib. Daim öz müştərilərinin xeyrinə xüsusi aksiyalar təşkil edən şirkət bu dəfə festival çərçivəsində mayın 10-dək Bakı reysinin sərnişinləri üçün ödənişsiz olaraq 10 kiloqram (kq) əlavə yük daşıyacaq.
Azərbaycan Konqreslər Bürosundan Bakı Şopinq Festivalı müddətində “Tax Free” deklorasiyasına sahib olan sərnişinlər “Turkish Airlines” reyslərinə minik qeydiyyatı zamanı daşınma xərci ödəmədən 10 kq artıq baqaj verə bilərlər.
Dünyanın ən böyük və məşhur aviaşirkətlərindən olan “Turkish Airlines” Bakıdan dünyanın yüzlərlə şəhərinə uçuşlar həyata keçirir. Bakı Şopinq Festivalına “Turkish Airlines” aviaşirkətinin təyyarələrində gəlmiş turistlər üçün bu qaçılmaz fürsətdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top